• Şikayət et

Azərbaycanın atdığı addımlar ümüumilikdə regionun inkişafına xidmət edir

Qədim İpək yolunun keçdiyi Azərbaycan bütün dövrlərdə Avropa və Asiyanı birləşdirən ticarət dəhlizlərin qovuşduğu yer kimi tanınıb.

Bu baxımdan ticarət və iqtisadi dəhlizlərin əhəmiyyəti bu gün də vacibliyini, qoruyub saxlayıb. Xüsusən qloballaşan dünyamızın yeni geoiqtisadi çağırışları kontekstində Azərbaycanın bu sahədə rolu artaraq strateji əhəmiyyət kəsb edib. Azərbaycanın əlverişli coğrafi mövqeyi həyata keçirilən irimiqyaslı layihələri daha uğurlu etmiş, Azərbaycanın etibarlı tərəfdaş kimi tanınmasına şərait yaratmışdır. Hazırda ölkəmizin tranzit və yükdaşıma potensialından daha səmərəli istifadə edilməsi bu sahədən daxil olan gəlirlərin həcminin artmasına geniş imkan yaradır. Azərbaycanın zəngin enerji resursları, həm ölkəmizin iqtisadi potensialını gücləndirir, həm də regional əməkdaşlıqda çox mühüm rol oynayır. Tikilib istifadəyə verilmiş neft kəmərləri Azərbaycan neftini dünya və Avropa bazarlarına çıxarır. Artıq Respublikamız qlobal miqyasda uzun müddətdir ki, qaz və digər neft məhsullarını ixrac edən ölkəyə çevrilib. Azərbaycan öz enerji problemlərini uğurla həll edib. Regional əməkdaşlıq müstəvisində həm nəqliyyat, həm də enerji sektorundakı təşəbbüslərin artırılması daha da böyük uğurlara gətirib çıxaracaqdır. Bu gün Azərbaycanın regional əməkdaşlığa verdiyi töhfə göz qabağındadır. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin işə düşməsi, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin reallaşması Respublikamızın mövcud iqtisadi potensialını daha da artırmışdır.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rola malik olduğu artıq heç kəsdə şübhə yeri qoymur. Enerji strategiyamızın uğurla həyata keçirilməsi daha yeni layihələrin üzərində işlənilməsini vacib edir. Tərəfdaş ölkələrlə birgə çəkilən neft və qaz kəmərləri Azərbaycana təchizat marşrutlarını şaxələndirməyə, sosial tələbatları ödəməyə, iqtisadi və siyasi islahatları daha sürətlə aparmağa imkan yaradır. Azərbaycanın enerji siyasəti ölkəmiz, xalqımız və region üçün böyük faydalar verir. Azərbaycan bununla yanaşı nəhəng ölkələrlə də eyni səviyyədə əlaqələr qurmağa malik olan bir ölkədir. Azərbaycanın ABŞ-la əlaqələri Rusiya ilə əlaqələrindən daha az çoxşaxəlidir. Bunun çox asan izahı var, iş burasındadır ki, Azərbaycanın Rusiya ilə uzun tarixə malik əlaqələri var, bununla yanaşı biz qonşu ölkələrik.

Ona görə də bizim Rusiya ilə münasibətlərimiz, demək olar ki, hər bir sahəni əhatə edir. Həm ABŞ-ın həm də Rusiyanın Azərbaycanla bağlı siyasəti, eləcə də Azərbaycanın bu ölkələrlə bağlı siyasəti hər zaman proqnozlaşdırılan və şəffaf olub. Hər iki ölkə ilə bizim strateji əhəmiyyət kəsb edən münasibətlərimiz var. Biz hər zaman dediyimiz sözləri əməllərimiz ilə təsdiq etmişik. Bizim bir çox ölkələrlə yaxşı əlaqələr qurmağa nail olmağımızın səbəblərindən biri məhz budur. ABŞ və Rusiya artıq keçmişdə qalmış Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yaradılmış "Minsk" qrupunun həmsədrləridir. Bu ölkələr arasında münasibətlərin ən soyuq olduğu vaxtlarda belə Qarabağ mövzusu hər iki ölkənin ümumi maraq mövzusu olaraq dialoq qurmalarının səbəbi olmuşdur. Artıq münaqişə Azərbaycanın öz iradəsi və gücü hesabına həll edilib. Bundan sonra gələcəyi planlaşdırmaq daha asan olacaqdır. Çünki bu münaqişə bizim çox fəal əməkdaşlıq formatına sahib ola biləcəyimiz, lakin bu və ya digər səbəbdən sahib ola bilmədiyimiz bəzi əməkdaşlıq sahələri üçün müəyyən mənada əngəl törədirdi. Beləliklə, münaqişənin həlli tamamilə yeni mühit yaradır və ümid etməyə imkan verir ki, Rusiya və ABŞ ölkəmizə böyük əhəmiyyət verməyə davam edəcək. Bu isə çox mühüm məsələdir, belə ki bu iki ölkə "super güc" mənbəyidir. İqtisadiyyat cəhətdən də həmçinin. Əlbətdə ki, istənilən böyük güc əlaqə qurmaq, əməkdaşlıq etmək istədiyi istənilən dövlətin etibarlı tərəfdaş olmasını əsas götürür. Bu gün Azərbaycan əminliklə deyə bilərik ki, dünya üçün əhəmiyyətli ölkə və məkandır. Azərbaycan bütün ölkələrlə sülh və qarşılıqlı fayda əsasında münasibətlər qurmağa çalışır. Belə ölkələrdən biri də İsraildir.

Son dövrlər baş verən ən ağır hadisələr fonunda belə Azərbaycan etibarlı tərəfdaş olduğunu nümayiş etdirir. Balanslaşdırılmış siyasətindən əl çəkmir. Dostunu, qonşusunu, tərəfdaşını, düşmənini tanıyır. Bütün baş verənlərinin fonunda İsrail dövləti ilə bütün sahələrdə ikitərəfli əlaqələr eyni inkişaf templəri ilə davam edir. İnanırıq ki, bu hər iki millətə regional və beynəlxalq səviyyədə uğurlar gətirəcəkdir. Birincisi, hər iki dövlətin, geniş siyasi perspektivdə bir-biri ilə sıx əməkdaşlığa ehtiyacı var. İkincisi, bu bağlantıların təməli təkcə ticarət və təhlükəsizlik məsələlərində qarşılıqlı maraqlara deyil, həm də Yəhudi-Azərbaycan dostluğunun uzunillik ənənələrinə söykənir. Məlum məsələdir ki, hazırki vəziyyət dünyada gərgin siyasi və iqtisadi proseslərin gedişindən xəbər verir. Belə olan vəziyyətdə biz, bir ölkə olaraq, baş verən proseslərdən kənarda qala bilmərik. Məhz bu səbəbdən Ölkə rəhbərliyi bütün ölkələrlə yaxşı münasibətlər qurmağa və dayanıqlı inkişafa aparan addımlar atmağa çalışır. Hətta bədnam qonşularımızla belə. Prezident İlham Əliyev dəfələrlə demişdir ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi bu ölkəni iflasa aparır. Biz bu sözlərin artıq şahidi olmuşuq. İndi isə Ali Baş Komandanımızın sözlərinə qulaq asmalıyıq, onun yürütdüyü siyasəti dəstəkləyərək əməl etməliyik ki, Azərbaycan beynəlxalq arenada daha da güclü olsun. Bəli bu gün xalq öz Rəhbərini dəstəkləyir və bu belə də davam edəcəkdir!

Elşad Möhnətov,

Neftçala rayon sakini, ziyalı

Mənbə:
0
6138
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar