• Şikayət et

Azərbaycanda Rektorlar Konfransının yaradılmasının tədqiqat mərhələsi başa çatıb

Azərbaycanda ali təhsilin keyfiyyətinin yaxşılaşdırılması və Avropa təhsil sisteminə inteqrasiyası məqsədilə universitet rektorlarının fəaliyyətinin əlaqələndirilməsi istiqamətində işlər davam etdirilir. Artıq bu istiqamətdə aparılan tədqiqat işlərinə yekun vurulub. Əldə olunan nəzəri nəticələrin müzakirəsi, qiymətləndirilməsi və gələcək fəaliyyətə həsr tədbir keçirilib. Azerforum.com xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli, BAAU-nun prorektoru, professor Gülzar İbrahimova, Azərbaycanın 18 Universitetinin rektorları və prorektorları, Milli Erasmus Ofisinin rəhbəri Pərviz Bağırov və layihənin xarici tərəfdaşları qismində Polşa Rektorlar Konfransının, Litvanın Mykolas Romeris Universitetinin, İsveçin Kral Texnologiya Universitetinin, Belçikanın EFMD Beynelxalq bizness universitetler birliyinin məsul nümayəndələri tədbirdə iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov universitetlər arasında təcübələrin bölüşülməsi, birgə müzakirələrin aparılması və ümumilikdə ali təhsilin inkişafı baxımından layihənin əhəmiyyətindən danışdı. Yekunda rektor layihənin koordinatoru olan Bakı Biznes Universitetinə və layihə müəlliflərinə təşəkkür edərək tədbirin gedişinə uğurlar arzuladı. Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli sözügedən layihənin Universitetlər arasında əməkdaşlığın gücləndirilməsinə, tələbə və professor-müəllim heyətinin mobilliyinin təmin olunmasına, yaradılacaq komitələr vasitəsilə qərarvermə proseslərinin optimallaşmasına, qarşılıqlı əlaqələrin dinamik şəkildə qurulmasına və nəhayət Azərbaycan ali təhsil məkanının inkişafına töhfələr verəcəyini vurğuladı. Daha sonra Milli Erasmus Ofisinin rəhbəri Pərviz Bağırov çıxış edərək Erasmus+ çərçivəsində həyata keçirilən Rektorlar Konfransı barəsində beynəlxalq təcrübəni bölüşdü. P.Bağırov həmçinin Erasmus proqramının növbəti 7 illik mərhələsinin məqsədi, büdcəsi və prioritetləri barəsində də məlumat verdi. Bakı Biznes Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Eşqin Bayramov öz çıxışında layihənin ümumi məqsədi, hədəfləri, iş planları, eləcə də yerli və xarici tərəfdaşları barəsində məlumat verdi. Eyni zamanda E.Bayramov layihə çərçivəsində aparılan tədqiqatların məqsədi, mərhələləri və istifadə edilən metodologiya haqqında təqimat nümayiş etdirdi. Mykolas Romeris Universitetinin nümayəndəsi Inga Juknytė-Petreikienė Azərbaycan ali təhsil məkanında maraqlı tərəflər arasında şəbəkələşmə, əməkdaşlıq və kommunikasiya məsələlərinə həsr edilmiş sorğuların nəticələrini statistik göstəricilərlə nümayiş etdirdi. İ.Juknytė-Petreikienė nəticələrə əsasən Azərbaycan universitetlərində mövcud vəziyyətini iştirakçıların diqqətinə çatdırdı. Daha sonra Mykolas Romeris Universitetinin prorektoru Prof. Regina Valutyte və layihə koordinatoru Gülşən Bayrmova Azərbaycanda Rektorlar Konfransının yaradılmasının qanunvericilik bazası haqqında məlumat verdilər, yerli və beynəlxalq səviyyədə aparılmış təhlillərin nəticələri, Konfransın səmərəli fəaliyyəti üçün müvafiq hüquqi tənzimləmənin və ən uyğun idarəetmə modellərinin müəyyən edilməsi haqqında fikirlərini bölüşdülər.

 

Elnur

Mənbə:
0
6928
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar