Kurslarda iştirak etmək üçün qeydiyyat 7 fevral saat 23:59-dək davam edəcək.

AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzində Azərbaycan dili, riyaziyyat, ingilis dili, informatika, kimya, fizika, biologiya, coğrafiya, tarix və rus dili fənlərindən buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair hazırlıq kurslarına qeydiyyat davam edir.

Hazırlıq kurslarında müəllimlər, metodistlər və pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsilalan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsilalan magistrlər də iştirak edə bilərlər.

Hazırlıq kurslarında iştirak ödənişlidir və iştirak haqqının məbləği 100 (yüz) manatdır. Kurslarda iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat epayment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra “hazırlıq kurslarında iştirak etmək üçün elektron qeydiyyat”dan keçmək lazımdır.

Kursu müvəffəqiyyətlə başa vuran iştirakçıların şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil edilir, onlara sertifikat verilir. Onlar müqavilə əsasında ekspert və ya marker kimi Mərkəzlə əməkdaşlığa cəlb olunaсaqlar.

Qeyd:

Pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsilalan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsilalan magistrlər üçün hazırlıq kurslarında ilk iştirak ödənişsizdir. Kursda iştirak etmək istəyən şəxs ixtisasına uyğun fəndən qeydiyyatdan keçə bilər. Bir neçə fənn üzrə qeydiyyatdan keçənlərin yalnız müvafiq fənn üzrə qeydiyyatı nəzərə alınacaq.

Qeydiyyat zamanı anketin təsdiq edilməsi ilə bağlı çətinlik yaranarsa, həmin şəxslər (012) 310-53-16 (daxili nömrə: 1532) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Regional Bölmələrin ünvanları və əlaqə vasitələri ilə keçiddə tanış ola bilərsiniz

Son qeydiyyat tarixi 13 mart 2023-cü ildir.

AzEdu.az xəbər verir ki, Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olan Dövlət İmtahan Mərkəzi ingilis dili müəllimləri üçün bilik və bacarıqları beynəlxalq səviyyədə təsdiq edən TKT (Teaching Knowledge Test) kvalifikasiyasının aşağıdakı modulları üzrə imtahan təşkil edir:

TKT Modul 1

TKT Modul 2

TKT Modul 3

TKT Module YL (azyaşlı öyrənənlərə dilin tədrisi)

TKT Module CLIL (dilin məzmunla inteqrativ tədrisi)

İmtahan 29 aprel 2023-cü il tarixində keçiriləcək. Son qeydiyyat tarixi 13 mart 2023-cü ildir.

Xatırladaq ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq Cambridge English Qualifications (Kembric ingilis dili kvalifikasiyaları), Cambridge English Teaching (Kembric ingilis dilinin tədrisi) və LinguaSkill imtahanlarını təşkil edir.

Qeydiyyat üçün linkə daxil ola bilərsiniz.

Əlavə məlumat üçün international@dim.gov.az elektron poçtuna suallarınızı ünvanlaya bilərsiniz.

Türkiyənin ali təhsil müəssisələrində 2023-2024-cü tədris ili üçün doktorantura təhsili və tədqiqat sahəsi üzrə təqaüd proqramına sənəd qəbulu davam edir.

AzEdu.az xəbər verir ki, sənəd qəbulu üçün son müraciət tarixi 20 fevral 2023-cü ildir.

Qeyd edək ki, sözügedən təqaüd proqramı üzrə namizədlər hər iki ölkənin müvafiq elektron ərizə sisteminə müraciət etməlidirlər. Azərbaycan tərəfinə müraciət üçün son tarix isə 1 mart 2023-cü il təyin edilib.

Proqram barədə əlavə məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.

Ölkə təhsil müəssisələrində təqaüd yaşına çatmış və işləyən təhsil işçilərinin sayı az deyil.

Bəs bu necə mümkündür? Təqaüd yaşına çatan müəllimlər hansı hallarda fəaliyyətlərinə davam edə bilərlər?

AzEdu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1-ci maddəsində məlumat verilir.

Məcəllədə qeyd olunur ki, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir.

Həmin müəssisələrin 65 yaşına çatmış işçisinin orada çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.

Buna baxmayaraq bəzi müəssisələrin təqaüd yaşına çatmış işçisinin çalışma müddəti yuxarıda qeyd olunan müddətdən artıq uzadıla bilər.

Bura elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş, dövlət büdcəsindən maliyyələşən müəssisələr daxildir.

Müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışma müddəti uzadılmış işçilərin sayı həmin sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrin işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz.

Eyni zamanda bu növ hər bir müəssisənin çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq olmamalıdır.

Müəssisənin işçilərinin sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır.

Qeyd edək ki, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərin çalışma müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir.

Bu görüş valideynlər üçün nəzərdə tutulub.

AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin e-psixoloq.az saytının mütəxəssisləri tərəfindən "Yeniyetmənin imtahan həyəcanı (valideynlər üçün)" mövzusunda vebinar keçirilməsi nəzərdə tutulub.

Vebinarda yeniyetməlik yaş dövrünün psixoloji xüsusiyyətləri, nəsillərarası fərq, imtahanda emosional vəziyyətə təsir edə biləcək faktorlar, imtahan öncəsi və sonrası valideyn tərəfindən düzgün dəstək formaları haqqında danışılacaq.

Görüş valideynlər üçün nəzərdə tutulub.

Vebinar 9 fevral saat 17:00-da “Zoom” platforması vasitəsilə ödənişsiz keçiriləcək.

Vebinara qeydiyyat üçün keçid:

https://e-psixoloq.az/#banner

Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Əsgərinin qəhrəmanlığı sayəsində 44 günlük Vətən Müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan xalqının gücünü, birliyini və yenilməzliyini bir daha bütün dünyaya nümayiş etdirdi. Əzəli və doğma torpaqlarımızı işğaldan azad edərək otuzillik yurd həsrətinə son qoyan cəsur zabit və əsgərlərimiz canları və qanları bahasına tariximizin şanlı səhifələrini yazdılar.

AzEdu.az xəbər verir ki,tarixi zəfər yürüşündə Mingəçevir Dövlət Universitetinin (MDU) 4 əməkdaşı, 120-dən çox tələbə və məzunu iştirak edib, 5 məzunu – Oruc Nəcəfli, Kənan Abdullayev, Əzəmi Hüseynov, Faiq Həsənov və Yusif Cəfərov şəhdilik zirvəsinə ucalıb.

Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizlə qürur duyur və onların əziz xatirəsini daim dərin ehtiram və minnətdarlıq hissləri ilə yad edirik.

Oruc Nəcəfli 6 oktyabr 1989-cu ildə Yevlax rayonunun Tanrıqulular kəndində anadan olub. Mingəçevir şəhərində Nizami Gəncəvi adına 8 saylı tam orta məktəbi bitirdikdən sonra 2007-2011-ci illərdə Mingəçevir Politexnik İnstitutunda (indiki MDU) “İnformatika və hesablama texnikası” ixtisası üzrə ali təhsil alıb.

2020-ci ilin sentyabrın 27-dən başlayan Vətən müharibəsi zamanı O.Nəcəfli Suqovuşanın azadlığı uğrunda, həmçinin Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib və noyabrın 6-da şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən O.Nəcəfli “Vətən uğrunda” medalı ilə təltif edilib.

Ətraflı: https://www.muallim.edu.az/news.php?id=16017

Kənan Abdullayev 3 dekabr 1990-cı ildə Mingəçevir şəhərində anadan olub. Mingəçevir şəhər 16 nömrəli orta məktəbi bitirdikdən sonra 2011-2015-ci illərdə Mingəçevir Politexnik İnstitutunda (indiki MDU) İqtisadiyyat fakültəsində ali təhsil alıb.

Vətən müharibəsi zamanı leytenant K.Abdullayev Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 16-da şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən K.Abdullayev “Vətən uğrunda”, “İgidliyə görə” medalları və üçüncü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Ətraflı: https://muallim.edu.az/news.php?id=16212

Əzəmi Hüseynov 29 avqust 1992-ci ildə Mingəçevir şəhərində anadan olub. Mingəçevir şəhərində 14 nömrəli tam orta məktəbi bitirdikdən sonra 2010-2014-cü illərdə Mingəçevir Politexnik İnstitutunda (indiki MDU) Energetika fakültəsində ali təhsil alıb.

Vətən müharibəsi zamanı Ə.Hüseynov Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 8-də şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən Ə.Hüseynov “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Ətraflı: https://muallim.edu.az/news.php?id=17522#prettyPhoto

Faiq Həsənov 28 iyul 1990-cı ildə Bakı şəhərində anadan olub. Səbail rayonu 189-190 saylı orta məktəbdə təhsilini bitirdikdən sonra 2008-2012-ci illərdə Mingəçevir Politexnik İnstitutunda (indiki MDU) İqtisadiyyat fakültəsində ali təhsil alıb.

Vətən müharibəsi zamanı gizir F.Həsənov Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 5-də şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən F.Həsənov “Vətən Uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və Müdafiə Nazirliyinin müvafiq əmrinə əsasən “Şücaətə görə” medalları ilə təltif edilib.

Yusif Cəfərov 25 aprel 1996-cı ildə Şirvan şəhərində anadan olub. Şirvan şəhər 2 nömrəli tam orta məktəbi bitirdikdən sonra 2013-2017-ci illərdə MDU-nun İqtisadiyyat fakültəsində ali təhsil alıb.

Vətən müharibəsi zamanı Y.Cəfərov Cəbrayıl, Zəngilan və Qubadlının işğaldan azad olunması uğrunda döyüşlərdə iştirak edib və noyabrın 4-də şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Qorxmaz İsgəndərov 23 oktyabr 1999-cu ildə Ağcabədi rayonunun Taxta-Körpü qəsəbəsində anadan olub. Əslən Laçın rayonundandır. 2017-2021-ci illərdə MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsində “Sənayenin təşkili və idarə edilməsi” ixtisasında təhsil alıb.

2022-ci ilin 12 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin törətdiyi geniş miqyaslı təxribatların qarşısının alınması zamanı şəhid olub.

2023-cü ilin fevralın 4-də Türkiyənin Selçuk Universitetinin Beyşehir Ali Akkanat Turizm Fakültəsinin dekanı, professor Abdullah Karaman Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsinin akademik və inzibati heyət üzvləri ilə görüşüb. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən görüşə MDU rektorunun müşaviri Hamiz Mahmudov moderatorluq edib.

AzEdu.az xəbər verir ki, dəvəti qəbul edib kollektiv üzvləri ilə görüşdə iştirak etdiyi üçün qonağa təşəkkürünü bildirən H.Mahmudov MDU-nun rektoru Şahin Bayramovun salamlarını çatdırıb. Sonra, təqdimatla çıxış edən rektorun müşaviri yeni dövrün universitetinə çevrilmək yolunda MDU-da həyata keçirilən tədbirlər, strateji hədəflər və tərəfdaş xarici universitetlərlə əməkdaşlıq istiqamətləri barədə məlumat verib. Turizm təhsilinin inkişaf etdirilməsinin MDU-da prioritet vəzifələrdən olduğunu diqqətə çatdıran moderator bu istiqamətdə mövcud ehtiyaclardan danışıb və nüfuzlu beynəlxalq reytinqlərdə əlverişli mövqelərə sahib Selçuk Universiteti ilə əməkdaşlığın yaradılmasının faydalı olacağına əminliyini ifadə edib.

MDU kollektivi ilə bir arada olmaqdan məmnunluğunu bildirən professor A.Karaman təmsil etdiyi Selçuk Universitetinin rektoru, professor Metin Aksoyun salamlarını çatdırıb. Turizm fakültəsində yüksək ixtisaslı kadrların hazırlanması üçün yaradılan imkanlardan danışan A.Karaman universitetdə elm və tədris fəaliyyətlərinin səmərəliliyinin artırılması, tələbələrin və əməkdaşların hərtərəfli inkişafı məqsədilə həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Qardaş ölkənin ali təhsil müəssisələri ilə işbirliyinə daim açıq olduqlarını bildirən A.Karaman zəngin turizm potensialına malik Mingəçevir şəhərində yerləşən MDU ilə əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduğunu qeyd edib. Turizm təhsilinin potensialının gücləndirilməsi istiqamətində müvafiq təklif və tövsiyələrini diqqətə çatdıran Selçuk Universitetinin dekanı bu məqsədlə reallaşdırılacaq birgə fəaliyyətlərin mümkün istiqamətləri barədə fikirlərini bölüşüb.

Sonra, görüşdə çıxış edən MDU-nun İqtsadiyyat və idarəetmə fakültəsinin rəhbər heyəti, o cümlədən turizm ixtisasları üzrə fənnlərin tədrisini həyata keçirən akademik heyət üzvləri universitetdə turizm təhsilinin keyfiyyətinin yüksəldilməsi baxımından Selçuk Universitetinin Turizm fakültəsi ilə əməkdaşlığın imkanlarını yüksək dəyərləndiriblər və müvafiq təkliflər irəli sürüblər.

Müzakirələrlə davam edən görüşdə 2023-cü ilin Tükiyə Cümhuriyyətinin 100-cü ildönümü, “Heydər Əliyev İli”, “Mevlana İli”, Mingəçevir şəhərinin “Gənclər paytaxtı” seçilməsi və digər önəmli hadisələr ilə əlamətdar olduğu vurğulanıb və bu çərçivədə keçiriləcək birgə tədbirlərin məzmunu ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da universitetin modernləşdirilməsi, akademik və elmi potensialının gücləndirilməsi məqsədilə qardaş Türkiyənin universitetləri ilə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən həyata keçirilən “Qarabağı tanıt” mövzusunda təqdimat müsabiqəsi və “Hekayəni paylaş” videotəqdimat müsabiqəsi qalibləri mükafatlandırılıb.

AzEdu.az xəbər verir ki, mükafatlandırma mərasimində BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, müsabiqədə qalib gələn şagirdlər, direktorlar və müəllimlər iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Hər iki müsabiqə üzrə qalibləri təbrik edən BŞTİ-nin müdiri M.Vəliyeva tədris ili ərzində istedadlı şagirdlərin seçilib müəyyənləşdirilməsi istiqamətində Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən bir çox layihə və müsabiqələrin həyata keçirildiyini söyləyib.

İdarə müdiri bildirib ki, “Qarabağı tanıt”, “Hekayəni paylaş” kimi müsabiqələr məktəblilər arasında sağlam rəqabət mühiti yaradır, şagirdlərin istedad və bacarıqlarını üzə çıxarmağa kömək edir.

Daha sonra hər iki müsabiqə üzrə I, II və III yerin qaliblərinə diplomlar təqdim olunub, həvəsləndirici yerlərə layiq görülən məktəblilər Tərifnamə, digərləri isə müxtəlif nominasiyalar üzrə Təşəkkürnamələrlə təltif ediliblər.

Şagirdlər göstərilən diqqət və qayğıya görə BŞTİ rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Tədbir şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalarla davam edib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Böyük Britaniyanın Avropa və Mərkəzi Asiya üzrə enerji təhlükəsizliyi və iqlim səfiri David Moranla iqlim dəyişikliyi mövzusunda müzakirə keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirdə ADNSU-nun rektoru professor Mustafa Babanlı mövzunun aktuallığını vurğulayıb, universitetdə enerji təhlükəsizliyi məsələlərinin prioritet təşkil etdiyini deyib.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Fergus Auld dünyada iqlim və enerji təhlükəsizliyi sahəsində səylərin beynəlxalq miqyasda mühüm əhəmiyyət kəsb etdiyini, bu istiqamətdə hökumətlərarası dialoqun vacibliyini vurğulayıb.

D.Moran iqlim və enerji təhlükəsizliyi, o cümlədən enerji ehtiyatları ilə bağlı problemlərin həllinin vacibliyi və bu istiqamətdə görülən işlər, həmçinin diqqət yetirilməli olan məqamlar haqqında danışıb.

Latviya 2023-2024-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün bakalavriat, magistratura və doktorantura təhsil səviyyələri üzrə təqaüd proqramı elan edib.

Elm və Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, müsabiqədə iştirak etmək istəyənlər aprelin 1-dək müraciət edə bilərlər.

Namizədlərin müraciətlərinə baxıldıqdan sonra yekun qərar Latviya Dövlət Təhsil İnkişaf Agentliyi (DTİA) tərəfindən veriləcək.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatlarla elan vasitəsilə tanış ola bilərsiniz.

Qeyd edək ki, təqaüd proqramı Azərbaycan və Latviya arasında təhsil sahəsində əməkdaşlığa dair 2017-ci il iyulun 17-də Riqa şəhərində imzalanmış sazişə uyğun olaraq həyata keçirilir.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan elminə 1970-ci illərdən başlayaraq böyük dəstəyi olub. O, tarix və arxeologiya elmlərinə, xalqımızın mədəni irsinin öyrənilməsinə xüsusi əhəmiyyət verirdi. Bu diqqət və qayğının nəticəsində arxeoloq alimlərin bir sıra vacib nailiyyətləri olub. Hazırda bu istiqamətdə işlər Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

AzEdu.az xəbər verir ki, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda “Heydər Əliyev İli” çərçivəsində aprelin 27-də “Heydər Əliyev-100: arxeologiya, etnoqrafiya və antropologiya elmlərinin prioritet məsələləri” mövzusunda respublika elmi konfransı keçiriləcək.

Konfransa təqdim olunan məruzələrin mövzuları Azərbaycanda arxeoloji, etnoqrafik və antropoloji tədqiqatlara həsr edilməlidir. Ulu Öndərin Azərbaycan tarixinin və mədəni irsinin öyrənilməsi istiqamətində verdiyi töhfələr və indiki dövrdə bu işlərin ölkə rəhbərliyi tərəfindən uğurla davam etdirilməsi məqalələrdə əks olunmalıdır.

Materiallar martın 10-dək institutun icraçı direktoru Zaur Həsənova (zaurmail@gmail.com) göndərilməlidir.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov ikinci “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində layihə qaliblərindən biri olan Ramil Abulov ilə görüş keçirib.

AzEdu.az xəbər verir ki, görüşdə Anar Bağırov Ramil Abulovun praktiki fəaliyyətə cəlb olunmaqla idarəçilik sahəsində təcrübəsinin artırılması üçün zəruri dəstək göstəriləcəyini bildirib. Layihənin idarəçi rəhbərlərindən biri olaraq Vəkillər Kollegiyasının sədri 1 illik fərdi inkişaf planı əsasında müsabiqə qalibi ilə sıx əməkdaşlıq edəcəyini, onunla təcrübəsini bölüşəcəyini və beləliklə, öz potensialını üzə çıxarmasına kömək göstərəcəyini qeyd edib.

Anar Bağırov bildirib ki, vəkillik sahəsində görülən işlər geniş ictimaiyyətə məlumdur və ölkəmizdə vəkilliyə maraq artmaqdadır: “Nəzərinizə çatdırım ki, hər il xeyli sayda hüquqşünas şəffaf qaydada keçirilən imtahanlarda iştirak edərək vəkilliyə qəbul olunur. Ümumiyyətlə, vəkilliyin nüfuzunun artırılması üçün sistemli işlər görülür. Ümid edirəm ki, əməkdaşlıq çərçivəsində vəkillik peşəsinə sizin marağınız daha da artacaq”.

Sədr vurğulayıb ki, Ramil Abulovun mentorluq proqramını yüksək səviyyədə həyata keçirməsi üçün Vəkillər Kollegiyası tərəfindən lazımi şərait yaradılacaq.

Müsabiqə qalibi Ramil Abulov ikinci “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində Vəkillər Kollegiyasının sədrinə yaradılan imkana görə təşəkkürünü bildirib. Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, iki illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünü inkişaf qrantı əldə edirlər.

Qeyd edək ki, 3-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2022-ci il 20 dekabr tarixində Sərəncam imzalanıb.

Təhsil İnstitutunda mütəxəssislərinin və müəllimlərin iştirakı ilə təkmilləşdirilməkdə olan coğrafiya fənn kurikulumunun müzakirəsi keçirilib.

İnstitutdan AzEdu.az-a bildirilib ki, Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov müxtəlif fənlər üzrə kurikulumların təkmilləşdirilməsi prosesi haqqında ümumi məlumat verib. Kurikulum işçi qrupunun üzvü Famil Ələkbərov isə coğrafiya fənni üzrə məzmunun təkmilləşdirilməsini zəruri edən əsas amillər barədə auditoriyanı məlumatlandırıb və müzakirə açıq elan olunub. Müzakirədə onlayn iştirak edən türkiyəli konsultant Sərvət Karabağ da görülən işlərə münasibət bildirib və bəzi sualları cavablandırıb. Sonda müzakirə iştirakçılarının rəy və təklifləri dinlənilib və müvafiq qeydlər götürülüb.

Qeyd edək ki, təkmilləşdirmədə coğrafiya fənn kurikulumunun coğrafi əsaslı hazırlanması, məzmunun dəyər və davranışa çevrilməsinin hədəflənməsi, həmçinin məzmunun beynəlxalq kurikulumlara uyğunlaşdırılması və məzmun xətlərində edilən yeniliklər müəllimlər tərəfindən rəğbətlə qarşılanıb.

Türkiyə Elmlər Akademiyası ilə əldə olunmuş razılığa əsasən, AMEA-nın 5 gənc tədqiqatçısı hər il İstanbulda keçiriləcək yay məktəbinə göndəriləcək.

AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib.

AMEA prezidenti qeyd edib ki, Akademiyanın özünün də gənclər üçün yay məktəbinin təşkili qarşıdakı hədəflərdəndir.

Qazaxıstanda rəqəmsallaşma üzrə "Digital Almatı: rəqəmsal tərəfdaşlıq yeni reallıqda" beynəlxalq forumu keçirilib.

Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Forum çərçivəsində keçirilən STEAM üzrə yarışmada ölkəmizi təmsil edən “VEX IQ (Robototexnika)” komandası 191 balla birinci yeri tutub.

Bu gün dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadənin doğum günüdür.

AzEdu.az xatırladır ki, 1921-ci il fevralın 4-də Bakıda anadan olan Lütfi Rəhim oğlu Ələsgərzadə ibtidai təhsilini 16 nömrəli orta məktəbdə alıb. 1932-ci ildə Ələsgərzadələr ailəsi İrana köçüb. Burada orta təhsilini başa vuran Lütfi Zadə Tehran Universitetinin elektrik mühəndisliyi fakültəsinə qəbul olub.

Böyük alimin ABŞ həyatı isə 1944-cü ildən başlayır. Tehran Universitetini böyük uğurla başa vurduqdan sonra Amerika Birləşmiş Ştatlarına gedib. Lütfi Zadə 1944-cü ildən 1959-cu ilədək Massaçusets Texnologiya İnstitutunda və Kolumbiya Universitetində magistr, doktorluq elmi dərəcələrini alıb. 1959-cu ildən Berkli Universitetində çalışıb, 1963-cü ildən isə elektrik mühəndisliyi və kompüter elmləri kafedrasına rəhbərlik edib. O, həmin ali təhsil ocağında ömürlük professor və “Soft Computing” İnstitutunun direktoru kimi fəaliyyət göstərib.

Azərbaycanlı alimə dünyada şöhrət qazandıran və istehsalatda geniş tətbiq edilən, eyni zamanda, dünya elmində inqilab sayılan qeyri-səlis məntiq (Fuzzy Logic) nəzəriyyəsi olub. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə verib: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə cərəyan edən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradıb. Yaponiyanın “Mitsubishi”, “Toshiba“, “Sony“, “Canon“, “Sanyo“, “Nissan“, “Honda” və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq texnologiyasından foto və videokameralar, paltaryuyan maşınlar və vakuum kimyəvi təmizləyicilərinin istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər.

Alim, həmçinin “Təəssüratlar nəzəriyyəsi”, “Sistemlər nəzəriyyəsi”, “Sözlə işləyən kompüter nəzəriyyəsi”, “Optimal süzgəclər nəzəriyyəsi” kimi dünya elminin inkişafında, onun yeni əsaslar üzərində qurulmasında mühüm rol oynayan elmi kəşflərin müəllifidir. Onun haqqında “Müasir elmin korifeyi”, “Dünya dahilərsiz yaşaya bilmir” kitabları yazılıb, “Uzaq və yaxın Lütfi Zadə” sənədli filmi çəkilib, Lütfi Zadə İrsi və Süni İntellekt Assosiasiyası, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyası yaradılıb.

Alimin məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarəolunma və müşahidəolunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-nin Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiqini həyata keçirir.

Lütfi Zadənin zəngin elmi fəaliyyəti Azərbaycan dövləti tərəfindən də hər zaman yüksək qiymətləndirilib. 2011-ci ilin fevralında Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, dünya şöhrətli alim texnologiyaların inkişafına verdiyi töhfələrlə mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib. 2021-ci ilin yanvarın 21-də isə Prezident İlham Əliyev “Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb.

Dünya şöhrətli alim sonuncu dəfə 2008-ci ilin noyabrında “BakuTel” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransında iştirak etmək üçün Bakıya gəlib. Lütfi Zadə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində təşkil olunan tədbirdə iştirak edib, ona elmdə göstərdiyi xidmətlərə görə AMEA-nın fəxri diplomu təqdim olunub.

AMEA Rəyasət Heyətinin 2016-cı il aprelin 20-də keçirilmiş iclasında böyük alim “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”na layiq görülüb. O, 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın elm adamlarına verilən ən yüksək “Honda” mükafatı ilə təltif olunub.

Lütfi Zadə Berkli Universitetinin ömürlük professoru seçilmiş yeganə şəxs olub. O, NASA və NATO-nun aparıcı mütəxəssisi olub. Həmçinin yaşadığı Berkli şəhərində öz adına olan “Institute Zadeh-ZIFT” İnformasiya Texnologiyaları İnstitutuna rəhbərlik edib. Lütfi Zadə alman alimi Maks Plankdan sonra dünyada ikinci alimdir ki, sağlığında həm özünün, həm də nəzəriyyəsinin adını daşıyan elmi mərkəz yaranıb.

Bir çox xarici ölkə akademiyalarının üzvü olan Lütfi Zadə çoxlu sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülüb, medallarla təltif edilib. Onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktoru olub. Dünya şöhrətli alim, həmçinin ABŞ Milli Mühəndislik Akademiyasının üzvü, fəxri akademiki seçilib

O, eyni zamanda, AMEA İnformasiya Texnologiyaları İnstitutunun “İnformasiya Cəmiyyəti Problemləri” və “İnformasiya Texnologiyaları Problemləri” jurnallarının fəxri baş redaktoru olub.

Lütfi Zadə 6 sentyabr 2017-ci ildə ABŞ-nin Kaliforniya ştatında yerli vaxtla səhər saat 7:30-da 96 yaşında dünyasını dəyişib.

Alimin nəşi öz vəsiyyətinə uyğun olaraq, Azərbaycana gətirilib və Fəxri xiyabanda dəfn edilib.

Naxçıvan şəhəri 12 nömrəli tam orta məktəbin direktoru Turan Məmmədli işdən azad olunub.

AzEdu.az APA-ya istinadən xəbər verir ki, ötən gün yaranan insidentdən sonra bu gün məktəbin müəllimləri dərs keçməyiblər və direktorun işdən azad olması üçün müraciətə müəllimlərin hamısı imza atıb.

Etirazlardan sonra Təhsil naziri Rəhman Məmmədov məktəbə gəlib. Bu gün axşam saatlarında isə müəllimlər Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikadakı Səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin qəbulunda olublar. Görüş səmərəli keçirilib.

Görüşdən sonra fevralın 1-də təyin olunan direktor Turan Məmmədlinin işdən azad olunduğu nazirlik tərəfindən bildirilib.

Qeyd edək ki, T. Məmmədli həm də Naxçıvan Ali Məclisinin deputatıdır.

Rusiyanın Baş naziri Mixail Mişustinin analıq pulları ilə bağlı verdiyi sərəncam bu ölkədə repetitorluğun daha da vüsət alacağına şərait yaradacaq. Belə ki, uşaqların təlim-tərbiyəsi üçün nəzərdə tutulan analıq pulundan repetitorların xidmətlərini maliyyələşdirmək məqsədilə istifadə etmək mümkün olacaq. Mişustinin bu sərəncamını gənc nəslin təhsilində mühüm addım kimi qiymətləndirirlər. Belə ki, bu vaxta qədər Rusiyada yalnız maddi vəziyyəti yaxşı olan ailələr repetitor xidmətindən istifadə edir və övladlarının daha nüfuzlu ali məktəblərdə oxumalarına nail olurdular. Qeyd olunan sərəncama əsasən, aztəminatlı ailələrə də imkan verəcək ki, öz uşaqlarına repetiop tuta bilsinlər. Amma bu sərəncamdan irəli gələn vəzifələri həyata keçirmək üçün müəyyən qanunvericilik bazası hazırlamaq lazımdır ki, valideynlər repetitor xidmətini ödəmək üçün analıq pulunu götürüb başqa məqsədlər üçün istifadə etməsinlər.

Keçmiş Sover İttifaqının digər ölkələrində olduğu kimi, Rusiyada da repetitorluq xidmətinin çiçəklənməsi SSRİ-nin süqutundan sonrakı illərə təsadüf edir. Amma indiyədək də bu xidmətin mövcud olmadığını da iddia etmək olmaz. Birdəfəlik İmtahan Sisteminin tətbiq edilməsi ilə repetitorluq daha da inkişaf edərək indiki geniş səviyyəyə gəlib çatmışdır. Rusiya vergi və təhsil orqanları uzun müddət bu təhsil formasına qarşı mübarizə aparsalar da, onun aradan qaldırılmasına nail ola bilməmişlər. Sonda ona münasibət dəyişdi və hazırda bu məktəbdənkənar təhsilin leqallaşdırılması istiqamətində işlər aparılır. Rusiya hakimiyyət dairələri repetitorluğa hüquqi don geyindirməklə əhalinin nəzərəçarpacaq qisminin maddi vəziyyətinin düzəldilməsini də hədəfləyirlər. Repetitorluğa yaşıl işıq yandırmaqla əhalinin təhsil səviyyəsinin yüksəlməsinə də nail olunacağını düşünürlər. Bununla yanaşı hakimiyyət orqanları repetitorlar vasitəsilə büdcənin doldurulması məsələsini də yaddan çıxarmaq istəmirlər. Belə ki, bundan sonra özəl tədrislə məşğul olan müəllim-repetitorlar vergi orqanlarından lisenziya aldıqdan sonra bu işlə leqal şəkildə məşğul ola biləcəklər.

Klassik təhsil formasının tərəfdarı olan mütəxəssislər isə repetitorluğun leqallaşdırılmasının movcud təhsil sisteminin zəiflədilməsinə gətirib çıxaracağını iddia edir və onun əleyhinə çıxırlar.

Qeyd olunmalıdır ki, Azərbaycanda da repetitorluqla bağlı məsələlər hələ də müzakirə mövzusudur və ona qarşı münasibət birmənalı deyil. Bu barədə dövlət tərəfindən müvafiq addımların atılacağı gözləniləndi.

UNEC Elmi Şurasının qərarına əsasən, Minor proqramının qaydalarına dəyişiklik olunub.

AzEdu.az xəbər verir ki, yeni qaydalara əsasən, Minor proqramına sənəd qəbulu ildə 2 dəfə aparılacaq.

1-7 fevral

30 iyun -15 avqust

Proqrama qoşulmaq üçün müraciət şərti:

Bakalavr tələbəsi olmalı;

Akademik borc olmamalı;

ÜOMG 65-də yuxarı olmalı.

İxtisaslar: UNEC-də tədrisi həyata keçirilən 5 ixtisas qrupu üzrə 22 ixtisas.

Tədris dili: azərbaycan, rus, ingilis, türk.

Proqramın modeli: Tələbə eyni ixtisas qrupundan olan Minor ixtisası üzrə 4 fənn, fərqli ixtisas qruplarından olan Minor ixtisası üzrə 5 fənn dinləyə bilir.

Proqramı bitirən tələbənin əldə etdiyi sənədlər:

Sertifikat

Akademik transkript

Proqrama qoşulmaq üçün qeydiyyat linki: https://forms.gle/s92DpYGVWxCJMaGQA

Əlaqə:

(+99412) 492 66 55; (055) 886 63 10.
UNEC, İki diplom və ixtisas üzrə əlavə təhsil bölməsi
Email: udidminor@gmail.com
Ünvan: UNEC, 1-ci tədris binası, otaq 127

Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış imtahanlarından azad edilmiş şagirdlərin siyahısını açıqlayıb.

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.

Bildirlib ki, 2022/2023-cü tədris ili üzrə Elm və Təhsil Nazirliyinin əmri ilə yaradılmış şəhər, rayon psixoloji-tibbi-pedaqoji komissiyaların rəyi əsasında tam (XI sinif) orta təhsil səviyyəsi üzrə 99 nəfər, ümumi (IX sinif) orta təhsil səviyyəsi üzrə 584 nəfər şagird Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış imtahanlarından azad edilib.

Buraxılış imtahanlarından azad edilmiş şagirdlərin siyahısı ilə buradan tanış olmaq mümkündür.

Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış imtahanlarından azad edilmiş şagirdlərin siyahısını açıqlayıb.

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.

Bildirlib ki, 2022/2023-cü tədris ili üzrə Elm və Təhsil Nazirliyinin əmri ilə yaradılmış şəhər, rayon psixoloji-tibbi-pedaqoji komissiyaların rəyi əsasında tam (XI sinif) orta təhsil səviyyəsi üzrə 99 nəfər, ümumi (IX sinif) orta təhsil səviyyəsi üzrə 584 nəfər şagird Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış imtahanlarından azad edilib.

Buraxılış imtahanlarından azad edilmiş şagirdlərin siyahısı ilə buradan tanış olmaq mümkündür.