Serbiya Rusiyaya sanksiyalar tətbiq etməkdən imtina etdiyi üçün Qərbin ciddi təzyiqlərinə məruz qalır.

Axar.az xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

“Rusiyaya sanksiya tətbiq etsək, istənilən mükafatı alacağıq. Dünyada böyük demokrat olduğumu deyəcəklər, baxmayaraq ki, dünənə kimi avtoritar və yarıavtokrat olduğumu deyirdilər. Sanksiyaları dəstəkləməməyimiz bizə baha başa gəlir. Düşündüyünüzdən də... Sanksiya tətbiq etsəydik, prinsiplərimizə zidd olardı. Çünki sanksiyaların necə amoral şəkildə, nəticəsiz tətbiq edildiyini bilirik”, - deyə Vuçiç bildirib.

Rus ordusu Ukraynanın Luqansk vilayətinin Severodonetsk şəhərində kilsəni atəşə tutub.

Axar.az xəbər verir ki, bu barədə Luqansk şəhər administrasiyasının rəhbəri Sergey Qayday bildirib.

Qaydayın sözlərinə görə, rus ordusu sözügedən kilsənin artıq dördüncü dəfədir ki, atəşə tutur, ümumilikdə isə onların hücumları nəticəsində 10 dini məbədə ciddi ziyan dəyib .

Rusiya neftinin alınmasına qoyulan sadə qadağa yalnız Rusiyanın neft gəlirlərini artıracaq. Xüsusilə Rusiya bank sektorunun 37 faizni tutan "Sberbank"a olacaq məhdudiyyətlərə baxmalıyıq. Və təbii ki, enerji məsələləri də gündəmdə olacaq.

Axar.az xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib.

O bildirib ki, AB Avropa ölkələrinə neft ixracına sadə qadağa qoymağı düşünmür, çünki bu addım neftin qıtlığına, bazar qiymətlərinin artmasına və son nəticədə Putinin güclənməsinə gətirib çıxaracaq.

Rusiya 10 il ərzində Ukraynanı “demilitarizasiya” etmək fikrində deyilik.

Axar.az xəbər verir ki, bunu krımlı siyasi ekspert Ruslan Balbek Vladimir Zelenskinin Ukraynanın on il döyüşməyə hazır olması ilə bağlı bəyanatını şərh edərkən bildirib.

"Əlbəttə ki, münaqişə nə qədər uzun çəksə, ona bir o qədər yaxşıdır. Belə olan halda Vladimir Zelenski qocalığına qədər döyüşməyə hazırdır. Amma olmayacaq. Silah tədarükü onu xilas etməyəcək, Ukraynada neonasizm məhv olacaq. Bununla belə, o, müsahibələrində və ya xatirələrində bizimlə döyüşə bilər, amma bu, ölüm və atışma olmadan başqa bir müharibədir”, - o bildirib.

Qeyd edək ki, V.Zelenski Ukraynanın Rusiya ilə 10 il müharibə aparmağa hazır olduğunu bildirmişdi.

Rusiya hərbçilərinin atəşi nəticəsində Donetsk vilayətində sutka ərzində 2 dinc sakin ölüb, 4-ü yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə Donetsk vilayətinin hərbi administrasiyasının rəhbəri Pavel Kirilenko deyib.

Tacikistan və Qırğızıstan sərhəd məsələlərini ancaq danışıqlar yolu ilə həll edə bilər.

Axar.az xəbər verir ki, bunu Tacikistan Prezidenti İmaməli Rəhman deyib.

O bildirib ki, Tacikistan hökuməti Tacikistan və Qırğızıstan arasında dövlət sərhədinin demarkasiyası ilə bağlı danışıqların tezliklə aparılmasında maraqlıdır:

"Lakin vurğulayıram ki, sərhəd-ərazi məsələlərinin həlli, dövlət sərhədinin koordinasiyası və demarkasiyası çox mürəkkəb prosesdir və mütəxəssislərdən çoxlu vaxt və səy tələb edir. Tacikistan qarşılıqlı razılıq əldə etmək üçün hər iki tərəfin milli maraqlarını nəzərə almaqla mövcud problemlərin faydalı həllində danışıqların qəti tərəfdarıdır. Bir daha bildirirəm ki, dövlətlər arasında sərhəd məsələləri yalnız danışıqlar yolu ilə həll oluna bilər, başqa yol yoxdur”.

Qətər hakimiyyəti 28 iranlı məhbusun ölkəsinə qaytarılmasına razılıq verib.

Axar.az xəbər verir ki, bunu İranın Qətərdəki səfiri Həmid Rza Dehqani deyib.

“İran prezidentinin Dohaya səfərindən sonra Qətər əmiri 28 iranlı məhbusun təhvil verilməsi ilə bağlı sərəncam verdi”, - o bildirib.

Dehqanini sözlərinə görə, məhbuslar cəza müddətinin qalan hissəsini İranda çəkəcəklər.

Hər şey indiki mərhələdə Rusiyadan asılıdır. Azərbaycan və Türkiyə Rusiya ilə ciddi müzakirələr aparmalıdır. Eyni zamanda Ermənistana təzyiqləri artırmalıyıq. Sülh müqaviləsi imzalanmadan sərhədlərin delimitasiya və demarkasiyasına başlamaq olmaz. Əks halda onlar danışıqları uzatmağa çalışacaqlar.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a geniş müsahibəsində deyib.

O bildirib ki, erməni ekspertləri Ərdoğan və Putinin hakimiyyətdən getməsindən sonra regionda Qərbin güclənəcəyi, onlar üçün daha əlverişli şəraitin yaranacağı haqda fikirlər irəli sürürlər:

“Buna görə də ermənilər danışıqları uzatmağa çalışacaqlar. Hesab edirəm, Paşinyan bizə müəyyən ümidlər verməklə gərginliyi azaltmağa çalışır, sülh sazişi imzalamağa yox. Bunun əksi olsaydı, Azərbaycanın 5 bənddən ibarət, beynəlxalq hüququn prinsipləri əsasında hazırlayıb təqdim etdiyi sülh sazişini bir həftə ərzində imzalaya bilərdi. Amma Ermənistan sülh sazişini Qarabağ ermənilərinin statusuna bağlayır. Bu isə danışıqların sonsuzluğa qədər davam etməsi deməkdir. 30 il ərzində Ermənistan həmişə bu mövqedən çıxış edib. Paşinyan heç kimə lazım olmayan açıqlamaları ilə daha çox kənar qüvvələri proseslərə daxil etməyə çalışır, daxildə müqavimət təşkil etmək, özünü isə beynəlxalq birliyə "sülh göyərərçini" kimi təqdim etməyə cəhd göstərir”.

Rusiyanın Ukraynaya işğal hücumu Yeni soyuq müharibəni də aktuallaşdırdı. Əslində Soyuq müharibə şərtləri Rusiyanın ABŞ və NATO-ya “təhlükəsizlik müqaviləsi” tələbi ilə gündəmə gəldi və Ukraynadakı müharibədən öncə də prosesin Yeni soyuq müharibəyə doğru getdiyini, həm də sanki “planlaşdırılmış” şəkildə olduğunu yazırdıq.

Türkiyə rəsmiləri artıq Yeni soyuq müharibənin başladığının anonsunu verirlər.

Yeni soyuq müharibə niyə lazımdır?

Qərb və SSRİ arasındakı Soyuq müharibə üç əsas prinsipə söykənirdi:

Qarşıdurma: ABŞ və SSRİ bu qarşıdurma və hərbi yarış üzərindən öz cəbhələrini “diri saxlayır”, liderlik rolunu qoruyurdu; “xarici təhlükə” hər iki cəbhədə Vaşinqton və Moskvanın ətrafında sıx birləşməni də təmin edirdi;

Müttəfiqlik: təhlükə hər iki cəbhədə müttəfiqliyi şərtləndirirdi; Vaşinqton Berlin divarının qərbində, Moskva şərqində öz koalisiyalarına rəhbərlik edirdilər;

İdeologiya: dünya sosializm və kapitalizm, həm də “dəmir pərdə” və “azad dünya” arasında bölünmüşdü, müttəfiqlik prinsipi də bu ideologiyaya əsaslanırdı;

Soyuq müharibədən sonra SSRİ-nin yerində qalan Rusiya yeni beynəlxalq nizamla razılaşmış, ABŞ “tək güc”ə çevrilmişdi, lakin qarşıdurmanın zəifləməsi, “təhlükə”nin aradan qalxması Vaşinqton üçün problemlərdən biri idi, xüsusilə müttəfiqlər və ideologiyanın məhz təhlükə üzərində inşa edilməsi prinsipi baxımından.

11 sentyabr hücumundan sonra yeni təhlükə “terrorla mübarizə”, əsas ideologiya demokratiya oldu. Hərçənd, XXI əsrin ilk onilliyində ABŞ-ın dünya üzərində müttəfiqlərinin genişləndirməsi və güclənməsi ilə nəticələnən bu prinsiplərin ikinci onillikdə effekti azalmağa başladı:

- İdeologiya zəiflədi: İraqa müdaxilə (sonradan ABŞ-ın səhvlərini etiraf etməsi), Yaxın Şərqdə müharibə, Əfqanıstan nümunəsi və s. demokratiyanın aşınmasına, “müdaxilə aləti” kimi qəbul edilməsinə gətirib çıxardı;

- Təhlükənin kiçildi: terrorizmlə mübarizə zaman keçdikcə “təhlükə” miqyasını azaltdı, ideologiyanın aşınmasına paralel olaraq, bunun da “müdaxilə aləti” olduğu fikri önə çıxdı (terrorçuların ABŞ tərəfindən dəstəklənməsi iddiaları, seçki kampaniyasında prezidentliyə namizədlərin bununla bağlı etirafları daha da gücləndirdi);

- Müttəfiqlər itirildi: bütün dünyada yeni müttəfiqlər qazanan ABŞ xüsusilə əsrin ikinci onilliyində Qərb blokunda – Avropada müttəfiqlərini itirməyə başladı; NATO daxilində cəbhələşmə, “Avropa ordusu”nun yaradılması ideyası, Rusiya və Çinlə yaxınlaşma və s;

Və ən mühüm amil ABŞ-ın tək güc olduğu dünyanın xüsusilə Çinin böyüməsi ilə çoxqütblü sistemə doğru getməsi reallığı ortaya çıxdı.

İdeologiyanın güclənməsi və müttəfiqlərin birləşdirilməsi üçün Yeni soyuq müharibə zərurəti var. Ukraynada müharibə məhz bunun başlanğıcı olaraq görünür. Və Rusiyanın işğal hücumu ABŞ-a imkan yaratdı ki:

- qarşıdurma və təhlükənin miqyasını böyütsün;

- təhlükə qarşısında müttəfiqlərini birləşdirsin;

- ideologiyanı gücləndirsin.

Bunun üçün Rusiya Qərb cəbhəsinə qarşı bütün rıçaqlarından imtina edərək, ABŞ-ın “əlinə oynadı”. “Ukraynada geosiyasi hesablaşma: dünya yenidən bölünür” adlı məqalədə bu haqda geniş yazmışam. Qısa xülasəsi belədir:

- ABŞ və Rusiya Ukraynada müharibə ilə Çinin dünyanın yeni gücü və ikinci qütb olmasının qarşısını alır;

- Rusiya bu planda – Vaşinqtonun Qərb cəbhəsini birləşdirməsində ABŞ-a böyük ölçüdə “dəstək” verdi: hücumun başlandığı günə qədər mövcud olan şərtlər və hücumun başlanması ilə şərtlərin dəyişməsi bu versiyanı gücləndirir;

- ABŞ-a “kömək edən” Rusiya əvəzində keçmiş SSRİ məkanında təsirinin de-fakto tanınmasını ala bilər: bu, Moskvaya “dünya gücü” kimi qəbul edilmək və Çinin təsir coğrafiyasının qarşısını almağa imkan verə bilər.

Vaşinqton qədər şansları böyük olmasa da, Yeni soyuq müharibə Moskvaya da lazımdır.

Baydenin Ukraynadakı müharibə haqda “bu, tiraniyanın azad dünya ilə savaşıdır” sözləri də zəifləyən ideologiyanın yenidən ön plana çıxarılacağından xəbər verir: Rusiya tiraniya, Qərb azad dünya olur, böyük ehtimalla Ukrayna yeni “Berlin divarı” olacaq.

Biz “divarın” hansı tərəfində qalacağıq? Əsas sual budur.

İki cəbhədən birini seçmək bütün hallarda itki deməkdir, bu baxımdan, hələki ən unikal yol “neytral ölkə” olmaqdan keçir.

BMT qlobal problemləri həll etmək iqtidarında deyil.

Axar.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Nazir yenidən BMT sisteminin planetdəki problemlərin həlli üçün əlverişli olmadığı fikrini bölüşüb.

"BMT Təhlükəsizlik Şurasının koronavirus pandemiyası ilə bağlı birgə qərar qəbul etməsi üç ay çəkib", - Çavuşoğlu əsaslandırıb.

Ukrayna Prezidenti Vladimir Zelenski fransalı həmkarı Emmanuel Makronu ölkəsinə dəvət edib.

Axar.az xəbər verir ki, Zelenski bu barədə CNN-ə müsahibəsində deyib.

“Düşünürəm ki, o, Rusiyanı dialoqa cəlb etmək üçün bəzi addımlar atmaq istəyir. Sadəcə ona dedim ki, bu, müharibə deyil, soyqırımdan başqa bir şey olmadığını başa düşməsini istəyirəm. Gəlib görəcək və əminəm ki, başa düşəcək”, - deyə Zelenski bildirib.

Qeyd edək ki, Makron Buşa və İrpendəki olayları soyqırım adlandırmaqdan imtina edib və soyqırım məsələsini siyasətçilərin deyil, hüquqşünasların müəyyən etməli olduğunu bildirib.

Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında Ermənistan tərəfi atəşkəs rejimi pozub.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyinin məlıumatında deyilir.

"Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında Ermənistan tərəfindən atəşkəs rejiminin 1 dəfə pozulması faktı qeydə alınıb. Xəsarət alan yoxdur. Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan və Ermənistan tərəflərinin nümayəndələri ilə birgə vəziyyətin nizamlanmasını təmin edib", - deyə nazirliyin açıqlamasında deyilir.

Azərbaycan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti İCOMOS-un (UNESCO yanında Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Komissiyası) vitse-prezidenti Zeynəb Gül Ünal ilə birgə Ağdam şəhərinə səfər edib.

Axar.az xəbər verir ki, səfərdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Araz İmanov və İCOMOS Azərbaycanın prezidenti Sədaqət Davudova iştirak edib.

Səfər çərçivəsində Ağdam şəhərində yerləşən “İmarət” kompleksi, Şəhidlər xiyabanı, Dram teatrı, Cümə məscidi, Çörək muzeyi, Şahmat evi, Şahbulaq qalası, Qiyaslı kəndində yerləşən məscidə baxış keçirilib.

Rusiyanın defoltu Avropa defoltuna çevrilə bilər.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Teleqram kanalında yazıb.

Medvedev hesab edir ki, Rusiyaya qarşı sanksiyalar Avropada hiperinflyasiya ilə nəticələnə bilər.

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 13 yeni yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Axar.az-a verilən məlumata görə, ötən sutka koronavirusdan bir nəfər dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 792 362 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 516 nəfər müalicə olunaraq sağalıb, 9 706 nəfər vəfat edib. 140 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 297, bu günə qədər isə ümumilikdə 6 769 897 test icra olunub.

Amerikanın “Speys X” şirkəti ABŞ-ın Milli Hərbi Kosmik Kəşfiyyat İdarəsinin ehtiyacları üçün “Falcon-9” daşıyıcı raketinin buraxılışını həyata keçirib.

Axar.az xəbər verir ki, raketin buraxılışı ABŞ Hərbi Hava Qüvvələrinin Kaliforniyadakı “Vandenberq” bazasının start kompleksində həyata keçirilib.

Qeyd edək ki, idarə ABŞ-ın kəşfiyyat peyklərinə nəzarət edir və qurumun fəaliyyəti ciddi şəkildə gizli saxlanılır. Kəşfiyyat peykinin parametrləri açıqlanmayıb.

Ukraynanın İvano-Frankovsk şəhərinin “Prikarpatye” klubunun bütün heyəti Silahlı Qüvvələrin sıralarına qoşulub.

Axar.az xəbər verir ki, bu barədə “Futbol 1/2/3” telekanalı məlumat yayıb.

“Futbolçular etiraf edib ki, müharibənin ilk günlərində orduya qoşulmaq istəməyiblər. Çünki döyüşməyi bacarmadıqlarından orduya yük olmaq istəməyiblər. Daha sonra hərbi komissar gəlib və futbolçulara deyib ki, onlara təlimlər keçiləcək. Futbolçular da öz aralarında məsləhətləşib və 14 oyunçu və baş məşqçi orduya yazılmağa qərar veriblər”, - məlumatda qeyd olunub.

Hər kəsin öz inancını, mədəniyyətini, adət-ənənəsini azad şəkildə yaşaya bildiyi ölkəmiz, qardaşlıq və həmrəylik hissləri ilə iç-içə olan xalqımız bütün dünya üçün misilsiz nümunə olmaqda davam edir.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pasxa bayramı münasibətilə xristianlara ünvanladığı təbrikində deyib.

"Keçmişdən bu günə millətimizin hər bir üzvünün böyük töhfələri ilə zənginləşmiş köklü bir sivilizasiyanın üzvləri olaraq biz sülh və əmin-amanlıq içində gələcəyə inamla addımlamağa davam edəcəyik. Pasxa bayramı münasibətilə sevincinə ortaq olduğumuz xristian vətəndaşlarımıza və bütün xristianlara uğurlar arzulayıram", - Ərdoğan qeyd edib.

Aprelin 16-da Xerson vilayətinin Novaya Kaxovka şəhərində rus hərbçiləri arasında atışma baş verib.

Axar.az xəbər verir ki, bu barədə Nikolayev vilayət administrasiyasının rəhbəri Vitali Kim məlumat verib.

“Dünən Novaya Kaxovkada separatçılarla rus hərbçiləri arasında atışma baş verib. Hətta bu vəziyyətdə kimə azarkeşlik edəcəyimi belə bilmirəm”, - Kim bildirib.

Alimlər daha sürətli müalicə üsullarını tapa bilsəydilər, COVİD-19 epidemiyası çox fərqli, ölüm sayı isə daha az olardı. Effektiv və təhlükəsiz peyvənd bir il ərzində ortaya çıxdı, lakin xəstələrin xəstəxanaya getməsinin qarşısını almaq üçün hələ də çox az müalicə üsulu var.

Axar.az xəbər verir ki, bu sözləri "Maykrasoft" şirkətinin qurucusu, milyarder Bill Qeyts deyib.

O bildirib ki, peyvənd olsaq belə, daha yaxşı dərmanlara ehtiyac var:

"Gördüyümüz kimi, hamı peyvənd olunmağa üstünlük vermir. Dərmanlar isə xəstəxanalardakı təzyiqi azalda bilər. Ölümcül olmayan xəstələr həyata davam gətirə bilərlər. Dünya tədqiqat və inkişafa daha çox sərmayə qoymalıdır. Mənim fondum Duke Universiteti ilə müqavilə bağlayıb. Sənaye və ən son proqram təminatını bir araya gətirmək üçün investisiya lazımdır. Əgər uğur qazansaq, Yer kürəsi yeni bir epidemiya ilə qarşılaşanda milyonlarla insanın həyatını xilas edə biləcəyik".

Bolqarıstan Rusiya gəmilərinin ölkə limanlarına daxil olmasını qadağan edib.

Axar.az xəbər verir ki, bu barədə Bolqarıstan Dəniz Administrasiyası məlumat yayıb.

Məlumata görə, Bolqarıstan limanlarına yalnız qəzaya uğrayan və humanitar yardıma ehtiyacı olan, enerji daşıyıcıları, ərzaq və dərman daşıyan gəmilər yan ala biləcək.