İran sərhədçiləri sərhədi pozmaq istəyən Azərbaycan vətəndaşını güllələyərək öldürüb.
Bu barədə Avtosfer.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, may ayının 16-da İran sərhəd nümayəndəliyi xətti ilə Azərbaycan vətəndaşı Musayev Mircavad Mircəlal oğlunun İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən bu ölkənin sərhədçiləri tərəfindən silahın tətbiqi nəticəsində həyatını itirməsi barədə məlumat daxil olub:
“Mayın 18-də Mircavad Musayevin cənazəsi prokurorluq orqanlarının nümayəndəsinin iştirakı ilə rəsmi qaydada qəbul edilərək ailə üzvlərinə təhvil verilib. Baş vermiş hadisənin araşdırılması və nəticələri barədə məlumat verilməsinə dair İran tərəfinə müvafiq sorğu göndərilib”.
Türkiyənin İstanbul şəhərində avtobusun bir qədər yubanması sərnişinləri qəzəbləndirib.
Avtosfer.az xəbər verir ki, əsəbi sərnişinlər avtobusun gec gəlməsinə görə yolu bağlayıblar.
Həmin kadrlar ətrafdakılar tərəfindən qeydə alınıb:
Sonxeber.az
"Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətinə yalan çağırış zəngləri ilə bağlı polis orqanlarına daxil olan müraciətlər araşdırılır".
Bunu Avtosfer.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
"Bu olduqca həssas məsələdir, tibbi və digər dövlət xidmətlərinin fəaliyyətini kimsə əsassız olaraq məşğul edə bilməz. Bilə-bilə yalan təcili yardım çağırışı verilməsi inzibati məsuliyyət yaradır.
İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsinə müvafiq olaraq, bilə-bilə yalandan ixtisaslaşdırılmış xidmətləri çağırma ilə bağlı inzibati xəta haqqında iş üzrə icraat aparıla bilər. İnzibati xəta xarakterli əmələ görə, bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə - yüz manat məbləğində cərimə tətbiq edilir", - DİN rəsmisi vurğulayıb.
Paytaxtın Feyzulla Qasımzadə küçəsində baş vermiş hadisə kameraya düşüb. Avtosfer.az xəbər verir ki, avtomobilin binanın həyətinə daxil olması üçün şlaqbaum açılır. Ehtimal olunur ki, sürücü şlaqbaumu pultla açır. Bu zaman başı telefona qarışan və sağa-sola baxmayan xanım piyada düz şlaqbauma tərəf gəlir. Müəyyən zaman keçdiyi üçün şlaqbaum avtomatik olaraq bağlanır və xanımın başına dəyir.
Qeyd edək ki, piyadaların bu cür diqqətsiz olması qəzaların əsas səbəblərindən biridir. Bəzən piyada keçidində, yolun hərəkət hissəsində başı telefona qarışan şəxsləri avtomobil vurur. Videonu təqdim edirik:
Şəfa
Respublika əhəmiyyətli Hacı Zeynalabdin Tağıyev - Sumqayıt avtomobil yolu 4 zolağa genişləndirilir.
Avtosfer.az xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yayıb.
Mənbə qeyd edir ki, Agentlik tərəfindən aparılan tikinti işləri sürətlə davam etdirilir.
H.Z.Tağıyev – Sumqayıt avtomobil yolunun 4 zolağa genişləndirilən hissəsinin uzunluğu 13.7 km təşkil edir. Tikinti işləri nəticəsində yolun mövcud eni 15 m-dən 23-26 m-ə, hərəkət hissəsinin eni isə 7-10 m-dən 15 m-ə qədər genişləndirilir.
Görülən işlər çərçivəsində marşrut boyu mövcud örtüyün sökülməsi, torpaq yatağının təbii relyef səviyyəsinə qaldırılması və genişləndirilməsi, yeni torpaq yatağının və yol əsasının inşası, yolboyu asfalt-beton örtüyün alt layının döşənməsi işləri yekunlaşıb, yolun 7-13 km hissələrində yolayrıcı betonlar qoyulub.
Layihə üzrə nəzərdə tutulan və yolun 8-ci km-də layihələndirilən bir aşırımlı körpünün kənar dayaqlarının və beton aşırımların inşası, yolun digər hissəsində genişləndirilmə ilə əlaqədar kommunikasiya xətlərinin köçürülməsi işləri də artıq bitib.
Hazırda geriyə dönmə hissələrin işlənməsi, nəzərdə tutulan 2 yerdə bordürların qoyulması, 2-4.6-cı km-lik hissədə yolun oxunun profilə salınması işləri aparılır. Paralel olaraq yeni asfalt-beton örtüyünün digər laylarının döşənməsi işləri də icra olunur.
Sadalanan işlərlə yanaşı H.Z. Tağıyev-Sumqayıt avtomobil yolunda metal konstruksiyalı yeni piyada keçidinin inşası da davam etdirilir. Vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz keçməsini təmin etmək istiqamətində yerüstü piyada keçidi yolun 3.8-ci km-də inşa edilir. Keçidin uzunluğu 30, eni isə 3.5 metrdir.
Yolun 4.6 və 8.7-cı km-lik hisələrində də daha iki bu cür piyada keçidinin inşası nəzərdə tutulur.
"Ölkədə olan köhnə avtomobil parkından qurtulmaq üçün yeni addımlar atılır. Bu addımlardan biri də ölkəyə idxal olunan mühərrik həcmi kiçik olan avtomobillərin də müəyyən rüsumlardan azad olunmasıdır. Bu, olduqca vacibdir".
Avtosfer.az xəbər verir ki, bu sözləri "ARB24"də yayımlanan "İş vaxtı" verilişində qonaq olan nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib.
O əlavə edib ki, ölkə ərazisində vətəndaşa alternativ yaratmaq üçün onun köhnə avtomobillərindən imtina edərək yenisinə keçməsi üçün müxtəlif şəraitlər yaradılmalıdır.
BAKU.WS
Masazır qəsəbəsində, Əliağa Vahid küşəsində qaydaları kobud şəkildə pozan sürücü kameraya düşüb. Bu barədə Avtosfer.az-a vətəndaşlardan biri şikayət ünvanlayıb. Bildirilir ki, sükan arxasında olan xanım sürücü hərəkətdə olan zaman 99-PY-390 dövlət nömrə nişanlı avtomobil qəfil onun qarşısına çıxıb və təhlükə yaradıb. Buna etiraz edən zaman isə sürücü təhqir dolu ifadələrlə özünü haqlı çıxarmağa çalışıb. Bir az sonra isə Masazır dairəsiə yaxın yerdə xanımın yolunu kəsərək yenidən mübahisə etməyə başlayıb. Görüntüləri təqdim edirik:
Fərid
Paytaxtda baş vermiş qəza hadisəsi kameraya düşüb. Avtosfer.az xəbər verir ki, sürücü yolun hərəkət hissəsində avtomobili saxlayıb və düşür. Bu zaman qapını açaraq maşından nəsə götürmək istəyir. Yaxınlaşmaqda olan sərnişin avtobusunun sürücüsü isə bu mənzərəni görmür. Avtobus maşının qapısına dəyərək onu əzir. Xoşbəxtlikdən sürücü xəsarət almır.
Qeyd edək ki, sürücülər çox vaxt bu cür addımlar atır. Bu həm həyati, həm də maddi ziyanla nəticələnə biləcək haldır. Odur ki, diqqətli olmaq lazımdır.
Şəfa
Vətəndaşlardan biri Avtosfer.az-a müraciət edərək təhlükə yaradan taksi sürücüsündən şikayət edib. Vətəndaş deyir ki, 77-BJ-483 dövlət nömrə nişanlı, "Prius" markalı avtomobilin sürücüsü dönmə işığı yandırmır və qəfil manevrlər edir. Sonda isə yolun kənarında dayanır.
Qeyd edək ki, avtomobil "Uber" şirkətində çalışan taksidir və adətən sürücülər ya müştəri qəbul edən zaman, yaxud telefona başı qarışanda analoji addımlar atırlar. Videonu təqdim edirik:
Fərid
Düşmənə qarşı həm qələmi, həm də süngüsü ilə döyüşən jurnalistin səhhəti kritikliyini qoruyur.
Məşhur jurnalist, 44 günlük Vətən müharibəsi iştirakçısı, hazırda 1 saylı Şəhər Klinik Xəstəxanasının Toksikilogiya şöbəsində müalicə alan Nəsimi Şərəfxanlının səhhəti sabit olsa da, kritik olaraq qalmaqdadır.
Bu barədə Moderator.az-a jurnalistin qardaşı Əliağa Şərəfxanlı məlumat verib. Onun sözlərinə görə, qazi-jurnalist mayın 14-də özünəqəsd məqsədi ilə sirkə turşusu qəbul edib. Elə həmin gün zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən Nəsimi Şərəfxanlının müalicəsi istiqamətində bütün zəruri addımlar atılsa da, jurnalistin səhhəti hələ də kritik olaraq qalmaqdadır.
Məlumat üçün qeyd edək ki, Nəsimi Şərəfxanlı Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq zabit kimi hərbi əməliyyatlara qoşulub və dövlət başçısının müvafiq sərəncamları ilə Cəbrayıl və Qubadlının azad edilməsində göstərdiyi igidliklərə görə medallarla təltif edilib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunun (Mərdəkan Dendrarisi) direktoru Tofiq Məmmədov faciəli şəkildə ölüb.
Avtosfer.az xəbər verir ki, o, bu gün səhər saatlarında işlə bağlı Xızı rayonuna gedib.
Direktor yolda istirahət etmək üçün avtomobilini saxlayaraq maşından düşüb. Bu zaman həmin yolda iki avtomobil toqquşub və onlardan biri yoldan çıxaraq T. Məmmədovu vurub.
Xatırladaq ki, T.Məmmədov 1957-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dırnıs kəndində anadan olub, 1982-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaatçı mühəndis diplomu ilə bitirib. O, 1982-1986-cı illərdə müxtəlif təşkilatlarda çalışıb, 1986-cı ildə AMEA-nın Botanika İnstitutunda direktor müavini vəzifəsinə işə qəbul olunub, 1996-cı ildən isə Dendrologiya İnstitutuna direktor təyin edilib.
2015-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə T.Məmmədov "Şöhrət" ordeni ilə təltif olunub.
Ailəli idi, 2 övladı var.
Allah rəhmət eləsin!
"Report"
“Həzi Aslanov” - “Dərnəgül” marşrutu ilə hərəkət edən qatarda nasazlıq yaranıb”.
Bu barədə Avtosfer.az-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
O bildirib ki, “Ulduz” stansiyasında sərnişinlər düşürülüb, qatar depoya göndərilib:
“Onun əvəzinə xəttə yeni qatar verilib. Nəticədə, iki qatar arasında intervaldan əlavə 2 dəqiqə fərq yaranıb. Ehtiyat qatar xəttə verildiyindən bu fərq qısa müddətdə aradan qaldırılacaq”.
"Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov-Dərnəgül" marşrutu ilə hərəkət edən qatarında nasazlıq yaranıb.
Avtosfer.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bununla əlaqədar "Ulduz" stansiyasında sərnişinlər düşürülüb.
Qatar depoya göndərilib, əvəzinə qatar verilib. Nəticədə, iki qatar arasında intervaldan əlavə 2 dəqiqə fərq yaranıb. Ehtiyat qatar xəttə verildiyindən bu fərq qısa müddətdə aradan qaldırılacaq.
“Ryanair” şirkətinə məxsus Mançester-Faro (Britaniya-Poltuqaliya) reysini yerinə yetirıən təyyarə Fransanın Marsel şəhərinə təcili eniş edib.
Avtosfer.az-ın xəbərinə görə, buna səbəb sərxoş sərnişinlərin uçuşa təhlükə yaratması olub. Uçuş heyəti sərxoş sərnişinləri sakitləşdirə bilmədiyi üçün kapitan Marselə enməyə qərar verib. Marsel hava limanında 5 britaniyalı Fransa polisinə təhvil verildikdən sonra təyyarə yenidən havaya qalxıb.
Lent.az
Bakı Dövlət Universiteti Nərimanov rayonunda yol qəzası zamanı xəsarət alanları barədə açıqlama verib.
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Kəmalə Quliyeva Avtosfer.az-a bildirib ki, üç tələbə qəzaya düşüb:
“Onlar Sosial elmlər və psixologiya fakültəsinin tələbələridir. Onlar sınıq xəsarətləri alıb və hazırda evdədirlər”.
İsmayıllı Rayon Polis Şöbəsinə İvanovka kəndində yerləşən mağazaların birindən oğurluq edilməsi barədə məlumat daxil olub. Gecə saatlarında obyektə daxil olan naməlum şəxs oradan nəğd pul, tütün məmulatları, müşahidə kameralarının yaddaş qurğusunu, kassa aparatını, 100 manat dəyərində “Poz, qazan” lotereyalarını və digər ərzaq məhsullarını oğurlayıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən şəxsin Göyçay şəhər sakini, əvvəllər də narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün məhkum edilmiş İlqar Mustafayev olduğu müəyyənləşdirilib. O, şübhəli şəxs qismində saxlanılıb və əməlini etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir. İ.Mustafayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Mayın 17-də saat 22 radələrində Suraxanı rayonu ərazisində 1978-ci il təvəllüdlü Qabil Qənbərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Suraxanı rayon Prokurorluğundan Avtosfer.az-a verilən xəbərə görə, aparılmış araşdırmalarla zərərçəkmişin kürəkəni, 1987-ci il təvəllüdlü Taleh Heydərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə bıçaqla çoxsaylı xəsarətlər yetirib Qabil Qənbərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Taleh Heydərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda istintaq davam edir.
"Intermarche Wanty Gobert" komandasının eritreyalı velosipedçisi Binyam Girmay özünə xəsarət yetirib.
Report-un məlumatına görə, "2022 Giro D İtalia" turnirində 10-cu mərhələnin qalibi olan idmançı mükafatlandırma mərasimində uğursuz halla üzləşib.
Girmay şampan açan zaman mantar onun gözünə dəyib. Velosipedçi ciddi xəsarət alıb və dərhal xəstəxanaya aparılıb. Bu səbəbdən, Girmay bu gün keçirilən XI mərhələdə iştirak etməyib.
Qeyd edək ki, Binyam Girmay "Giro D İtalia" yarışında qalib gələn ilk afrikalı idmançı kimi tarixə düşüb.
"Eyni zamanda, biz Ermənistanı sərhədlərin delimitasiyasına başlamağa dəvət etdik. Çünki təxminən 30 il ərzində Ermənistanla dövlət sərhədimiz, o cümlədən Azərbaycanın 20 faiz ərazisini təşkil edən digər rayonları işğal altında olub".
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev litvalı həmkarı ilə mətbuata bəyanatlarla çıxış edərkən deyib. Dövlət başçısı vurğulayıb ki, buna görə sərhədlərin delimitasiyası zərurəti aydındır. "Avropa İttifaqı Şurasının prezidenti cənab Şarl Mişelin təşəbbüsü ilə aprelin 6-da Brüsseldə keçirilmiş görüş zamanı razılaşdırılmışdır ki, aprelin sonuna qədər hər iki tərəf işçi qrup yaradacaq və onlar artıq öz fəaliyyətinə başlayacaqlar. Azərbaycan işçi qrupunu vaxtında yaratmışdır və nümayəndə heyətini ezam etməyə hazır idi. Bu, erməni tərəfi ilə razılaşdırılmışdır. Yeri gəlmişkən, sərhədlə bağlı ilk görüşün keçirilməsini təklif edən Ermənistanın Xarici İşlər Nazirliyi olmuşdur. Azərbaycan həmin təklifi qəbul etmişdir və biz nümayəndə heyətini göndərməyə hazır idik. Lakin, sonuncu gün - aprelin 29-da Ermənistan artıq razılaşdırılmış görüşü ləğv etdi. Bu, çox məyusedici məsələdir. Daha məyusedici isə, yenə də Ermənistanın ilkin təklifindən irəli gələrək, 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsi təklifimizdən də Ermənistanın imtina etməsi oldu. Beləliklə, indiyədək, biz Ermənistandan hər hansı yeni tarixləri gözləyirik ki, işə başlayaq. Çünki bu cür məsuliyyətsiz mövqe, əlbəttə ki, narahatlıq doğurur", - Prezident İlham Əliyev qeyd edib.
2021-ci ildə Azərbaycanda avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri 2 899 776 manatlıq “Fərqlənmə nişanı” alıb.
Bu barədə Avtosfer.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildirilib.
Məlumata görə, 2022-ci ilin 4 ayı üzrə isə sözügedən məbləğ 1 269 920 manat təşkil edib. Xatırladaq ki, Vergi Məcəlləsinin 220-ci maddəsinə əsasən, daşıyıcılar sadələşdirilmiş vergi ödəyiciləridir. Bu vergi fərqlənmə nişanları vasitəsilə ödənilir.
Ötən il DANX-a məxsus “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC isə dövlət büdcəsinə 1 404 723 manat ödəniş edib.
Azərbaycan-Litva sənədlərinin imzalanması mərasimindən sonra dövlət başçıları Heydər Əliyev Mərkəzində klassik avtomobillərin sərgisi ilə tanış olublar.
Avtosfer.az xəbər verir ki, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov sərgi haqqında məlumat verib. Klassik avtomobil sərgisində XIX əsrin sonlarından başlayaraq müxtəlif ölkələrdə istehsal olunmuş 60-dək nadir avtomobil nümayiş etdirilir. Ziyarətçilər sərgini izləməklə nəqliyyat vasitələrinin istehsalı tarixi barədə də məlumat əldə edirlər. Eyni zamanda, burada avtomobil sənayesinin ayrı-ayrı inkişaf mərhələləri ilə bağlı da maraqlı məlumatlar təqdim olunur. Qeyd edək ki, Heydər Əliyev Mərkəzində 2015-ci ildən fəaliyyət göstərən klassik avtomobil sərgisində avtomobillərə aid arxiv materialları əsasında hazırlanan videoçarxlar, aksessuarlar və nəşrlər də nümayiş etdirilir.
"Açıq dənizə çıxışı olmasına baxmayaraq, Azərbaycanı önəmli nəqliyyat mərkəzinə çevirdik".
Avtosfer.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan-Litva biznes forumunda çıxışı zamanı deyib.
Prezident qeyd edib:
"Biz, həmçinin nəqliyyat sektorunda əməkdaşlıq məsələlərini də müzakirə etdik. Mən düşünürəm ki, biznes dairələri üçün və bir-birinə o qədər də yaxın yerləşməyən ölkələrimiz arasında əməkdaşlıq üçün bu dayanıqlı nəqliyyat yollarının olması çox önəmlidir. Biz Azərbaycanda bunun üzərində uzun illər işləmişik və nəqliyyat şəbəkəsinin şaxələndirilmiş zəncirini yaratmışıq. Mən bunu regionun yeni nəqliyyat xəritəsi adlandırardım, Qafqazlarda, həmçinin Xəzər dənizi boyu və Asiyada. Coğrafi yerləşmənin üstünlüklərindən faydalanaraq biz müasir infrastruktur – dəniz limanı, dəmir yolu bağlantıları, bir neçə beynəlxalq hava limanları, avtomobil yolları yaratdıq. Biz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşirik. Həmçinin sizə deyə bilərəm ki, Azərbaycan şimaldan qərbə gedən yükləri də ötürür. Biz infrastruktura yatırımlar etdik. Lakin aydındır ki, qonşu ölkələrlə yaxşı işçi münasibətlər olmadan heç bir ölkə, xüsusilə də Azərbaycan kimi açıq dənizə çıxışı olmayan ölkə tranzit ölkəyə çevrilə bilməz. Açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, biz Azərbaycanı önəmli nəqliyyat mərkəzinə çevirdik. Azərbaycanın rolu mütləq şəkildə artacaq. Çünki bu yaxınlarda nəqliyyat infrastrukturumuzun necə istifadə edilməsi ilə bağlı qonşularımızdan çox sayda yeni təkliflər almışıq. Əlbəttə, əvvəlcə dediyim kimi, bu, Litva və Azərbaycandan olan biznes dairələrinin əməkdaşlığı və kommunikasiyanın ən yaxşı yollarının tapılması üçün çox önəmli olacaqdır".