• Şikayət et

Asif Əsgərli: “Bir daha gördük ki, Prezident gənclərimizin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir”

 Xəbər verildiyi kimi, bu gün Prezident İlham Əliyev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncam ölkə ictimaiyyəti tərəfindən böyük sevinclə qarşılanıb. YAP İdarə Heyətinin üzvü, ADTGT sədri Asif Əsgərli saytımıza bildirib ki, bu, Azərbaycan gənclərinin xarici ölkələrin ali məktəblərində təhsil alması ilə bağlı olan dövlət proqramının davamıdır: “Bu 5 illik dövlət proqramının qəbul olunması yenidən Azərbaycan gənclərinə olan böyük etimad və inamdır. Xüsusilə də proqramda Azərbaycan üçün gərəkli olan prioritet ixtisasların müəyyənləşdirlməsi, gənclərimizin magistratura və doktorantura pilləsi üzrə təhsillərini nüfuzlu ali məktəblərdə davam etdirməsi üçün çox böyük addım olacaq. Bu gənclərin gələcəkdə Azərbaycan dövlətinin iqtisadi, mədəni, sosial inkişafında xidmətlərini görə biləcəyik. Bütün bunlar bir daha göstərir ki, Cənab Prezident İlham Əliyev Azərbaycan gənclərinə, onların hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir, gənclərin müasir biliklərə yiyələnməsində çox maraqlıdır. Bu proqram həm də gənclərimizdə dövlətə inamı daha da artıracaq və onlar dövlətin yaratdığı bu imkanda məqsədyönlü şəkildə yararlanacaqlar”.

 

Mənbə:
0
7723
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar