33-cü Yay Olimpiya Oyunlarına hazırlıq zamanı evsizlər və qeyri-qanuni mühacirlər, o cümlədən uşaqlar paytaxt Paris və ətraflarında yaşadıqları yerlərdən çıxarılıb.
İndex.az xəbər verir ki, küçələrdə yaşayan evsizlər Strasburq və Orlean kimi müxtəlif şəhərlərə köçüblər.
Məlumata görə, Fransda evsiz qaldıqları ərazilərdən 3 min 434-ü uşaq olmaqla, ümumilikdə 12 min 545 nəfər toplanaraq çıxarılıb.
“Timmy Assosiasiyası”nın prezidenti Esperance M. bunun “ölkədə yoxsulluq yoxdur” anlayışını yaratmaq üçün edildiyini bildirib:
“Qurban verilən həssas insanları və küçələrdə qalanları, kobud dildə desək, turistlər üçün mənzərəyə ləkə kimi düşən insanları şəhərdən çıxararaq cəzalandırdılar”.