İsrail ordusu Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində bir çox şəhəri əhatə edən geniş ərazinin boşaldılmasını istəyib.
Elchi.az xəbər verir ki, daha əvvəl Xan Yunisdə 10-a yaxın məhəllənin boşaldılmasını tələb edən İsrail Ordusunun sözçüsü Aviçay Adraee, bir çox qəsəbəni əhatə edən geniş ərazinin boşaldılması ilə bağlı açıqlama verib.
Adraee, sosial media platformasındakı hesabından bildirdi ki, Xan Yunusdakı Selka qəsəbəsi və məhəllələri, Karara qəsəbəsi və məhəllələri, Beni Süheyla qəsəbəsi və məhəllələri, Abasan qəsəbəsi və məhəllələri, Huzaa qəsəbəsi və məhəllələri, Şeyx Nasser qəsəbəsi və məhəllələri, Satr və Mahatta bölgələrini və şəhər mərkəzini boşaltmağa çağırıb.
Bölgə sakinlərini “humanitar bölgələrə” getməyə çağıran Adraee, HƏMAS və digər təşkilatların bu bölgələrdən İsrailə raketlər atdığını iddia edib.
İsrail Ordusunun sözçüsü Adraee son açıqlamalarında Xan Yunus, Cevret el-Lut, El-Manara, Maan, Kizan en-Najjar, Kizan Abu Rashvan, Es-Salam, El-Hashaş, Sheikh Nasser və Misbah məhəllələrinin boşaldılmasını istəyib.
Yerli və beynəlxalq təşkilatlar İsrailin hücumları səbəbindən Qəzza zolağında təhlükəsiz yer olmadığını vurğulayır.
İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına hücumları səbəbindən fələstinlilər dəfələrlə məcburi köçkün vəziyyətinə düşüb. İsrail ordusu hücumlara hazırlaşarkən bəzən yaşayış məntəqələrini və məhəllə sakinlərini təxliyə etməyə çağırır.
Məcburi köçkün olan fələstinlilərin bir qismi qohumlarının yanına sığınarkən, digərləri küçələrdə, məktəblərdə və ya park kimi ərazilərdə çətin humanitar şəraitdə çadırlarda qalır. Fələstinlilər infrastruktur, kanalizasiya şəbəkələri, elektrik xətləri, rabitə şəbəkələri və internetdən məhrum olan bu bölgələrdə epidemiyalarla üzləşirlər.
2,3 milyon əhalisi olan Qəzza zolağında oktyabrın 7-dən məcburi köçkün düşənlərin sayı iki milyon nəfərə çatıb, Qəzzadakı hökumətin media ofisi bildirib.Şayəstə Hüseynova
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta