Hindistanın ilk “Akaş-1S” hava hücumundan müdafiə sistemləri bu ilin sonuna qədər Ermənistana gələcək.
"Operativ Media" xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Məlumata görə, 15 zenit kompleksinin alınması İrəvana 720 milyon dollara başa gəlib.
Bildirilib ki, "Akash-1S" 1983-cü ildə hazırlanıb və 30 ildən sonra istifadəyə verilib. O, 4-25 km radiusda hava hədəflərini vura bilir. Xüsusiyyətləri 1983-cü ildə Sovet Kub hava hücumundan müdafiə sisteminə yaxındır.