"Ukraynanın beynəlxalq arenada informasiya fəaliyyətinə Yaxın Şərqdəki müharibə əhəmiyyətli dərəcədə mane olur".
Bunu Ukraynanın İsraildəki fövqəladə və səlahiyyətli səfiri Yevgeni Korniyçuk Ukrayna Media Mərkəzinin efirində deyib.
“Bu, təkcə İsrailə deyil, Avropa və ABŞ-a da aiddir. Münaqişə İsraildəki müharibə ilə müqayisə oluna bilməz. Nə həcminə, nə də itkilərə görə mümkün deyil. Amma bu, Qərbdə narahatlıq doğurur” Korniyçuk qeyd edib.
O, həmçinin ictimaiyyəti İranın İsrailə qarşı təhdidlərini şişirtməməyə çağırıb. Belə ki, səfir HƏMAS lideri Haniyyənin öldürülməsinə cavab olaraq Tehranın mümkün hücumu ilə bağlı məlumatları şərh edərkən digər bir sıra maraqlı məqamlara da toxunub.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural
News365.az