Bakının Suraxanı rayonunda 19 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.
“Far.Az” xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.
Belə ki, 2005-ci il təvəllüdlü Əsədov Xəyal Zahid oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.