Bakı, TurkicWorld
Türkiyə Gömrük Mühafizə qrupları 2,2 ton narkotik maddə ələ keçirib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyi paylaşım edib.
Gürbulak Gömrük Mühafizə Qaçaqmalçılıq və Kəşfiyyat Müdirliyi qrupları tərəfindən aparılan risk analizi və hədəfləmə işləri çərçivəsində İrandan ölkəyə gələn yük maşını yoxlanışdan keçirilib.
Qeyd edək ki, gömrük orqanları rekord həddə narkotik vasitə saxlayıb.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Hafiz Rufizoğlu