AZ

İraqda PKK-ya qarşı qərar verildi

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, İraq dövləti PKK terror təşkilaına qarşı daha bir addım atıb. Artıq rəsmi sənədlərdə PKK "qadağan edilmiş təşkilat" adlandırılacaq. Bu ilin martında dövlət PKK terror təşkilatının qadağan edilməsini qərara almışdı.

İraq mediası hökumətin parlamenti terror təşkilatı ilə bağlı növbəti rəsmi sənədi təqdim etdiyini bildirib. Sənəddə Baş nazir Məhəmməd Şiə əs Sudaninin PKK ilə bağlı növbəti təlimatı öz əksini tapıb. Dövlət idarələrindəki yazışmalarda PKK terror təşkilatının "qadağan edilmiş" təşkilat kimi təqdim edilməsi tələb olunur.

İraq Türkmən Cəbhəsi hökumətin bu addımını müsbət qarşılayıb. İTC rəhbəri Həsən Turan bu addımın terrorla mübarizədə mühüm rol oynayacağını vurğulayıb.

Hürr Tərcüman

Seçilən
63
hurriyyet.az

1Mənbələr