AZ

Fransadan İsrailə kəskin - XƏBƏRDARLIQ

Fransa İsraili beynəlxalq hüquq çərçivəsində götürdüyü öhdəliklərə əməl etməyə çağırıb.

Ednews sozcu.com-a Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Kristof Lemoine ölkəsinin İsraili beynəlxalq hüquq çərçivəsində bütün öhdəliklərinə əməl etməyə çağırdığını bildirib.

Lemoine, nazirliyin həftəlik mətbuat konfransında verdiyi açıqlamada, Fransanın işğal altındakı Şərqi Qüds də daxil olmaqla, Fələstin torpaqlarında İsraillilərin siyasət və tətbiqlərinin hüquqi nəticələri ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin iyulun 19-da verdiyi qərarı nəzərə aldığını qeyd edib.

Ölkəsinin İsrailin Şərqi Qüds və İordan çayının qərb sahilindəki Fələstin torpaqlarını qəsb etməsinə qarşı olduğunu vurğulayan Lemoine, "Beynəlxalq Ədalət Məhkəməsinə bağlılığını xatırladan Fransa, İsraili beynəlxalq hüquq çərçivəsində bütün öhdəliklərinə əməl etməyə çağırır".

Christophe Lemoine, "İsrarla İsrail hökumətini son qərarlarını, o cümlədən 1200 hektar ərazinin zəbt edilməsini ləğv etməyə çağırırıq" dedi və işğal altındakı İordan çayının qərb sahilində vəziyyətin pisləşməsindən ciddi narahat olduqlarını bildirdi.

Xəyal 

Seçilən
67
2
ednews.net

9Mənbələr