İyulun 22-nə gözlənilən hava proqnozu açıqlanıb
Azərbaycanda iyulun 22-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Gecə 20-25, gündüz 30-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70, gündüz 45-50 % olacaq.
Rayonlarda bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Axşam əksər rayonlarda tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 21-26, gündüz 31-36 dərəcə isti, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta