AZ

Gəncədə partlayış oldu, Samux sakini xəsarət aldı

Gəncədə 55 yaşlı kişi bədbəxt hadisə nəticəsində ağır yanıq xəsarətləri alıb.

Bizim.Media report-a istinadən xəbər verir ki, Samux rayon sakini, 1969-cu il təvəllüdlü R.Hüseynov qaynaq işi görən zaman ehtiyatsızlıqdan baş verən partlayış nəticəsində yanıq xəsarətləri alıb.

O, xəstəxanaya çatdırılıb, vəziyyəti ağır qiymətləndirildiyindən Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulur.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
16
bizim.media

10Mənbələr