AZ

HadisəŞərurda ağır yol-nəqliyyat hadisəsi olub, ölən və xəsarət alan var

Şərur rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Far.Az"un yerli bürosu xəbər verir ki, hadisə Aşağı Daşarx kəndində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində sərnişin, Siyaqut kənd sakini, 1993-cü il təvəllüdlü Ələkbərov Rahib Mahir oğlu ölüb, 1993-cü il təvəllüdlü Məmmədova Şəfəq Vaqif qızı isə xəsarət alıb.

Yaralı Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib. Kəllə-beyin travması alan Ş.Məmmədovanın vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
3
far.az

10Mənbələr