AZ

ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirdi

ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiya siyahılarını genişləndirərək dörd fiziki və 44 hüquqi şəxsi daxil edib.

Teleqraf.com xəbər verir ki, məhdudiyyətlər İran vətəndaşlarına, eləcə də İran, BƏƏ, Çin, Türkiyə və Marşal adalarında qeydiyyatdan keçmiş şirkətlərə şamil edilib.

Siyahılara daxil edilənlərin İran Silahlı Qüvvələrinin kölgə bank şəbəkəsi ilə əlaqəli olduğu iddia edilir. Bu şəbəkə xaricdə əldə edilən gəlirləri gizlətməyə imkan verir və sonradan vəsaitlər, məsələn pilotsuz uçuş aparatları kimi qabaqcıl silah sistemlərinin inkişafı üçün istifadə edilir.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
5
teleqraf.com

9Mənbələr