AZ

Özbəkistan-İran ədəbi əlaqələri

Yusupova Dinora Akmalın qızıDaşkənd Dövlət Şərqşünaslıq Universitetinin müəllimiAnnotasiya: Şərq xalqlarının ortaq ədəbi əlaqələrini əhatə edən bu məqalə Özbəkistan və İran arasındakı ədəbi əlaqələrə işıq salır.Movoraunnəhrin bir çox nadir əsərləri fars və özbək dillərinə tərcümə edilmişdir. Və bu yolla ölkələr arasında mədəni-ədəbi əlaqələr inkişaf edirdi. Bu məqalədə Özbəkistan və İran arasındakı ədəbi əlaqələrdən bəhs edilir.Fars dilində yaradılmış klassik epik və lirik poeziya tək bir xalqın nümayəndələrinə aid deyil. Bu ümumdünya bədii əhəmiyyətə malik bədii miras müxtəlif qardaş və qohum xalqların böyük nümayəndələri tərəfindən yaradılmışdır və bu günkü gündə bu mənəvi sərvət müasir Özbəkistanda, eləcə də İran, Əfqanıstan, Hindistan, Azərbaycan, Tacikistan xalqları arasında mühüm mövqeyə malikdir. Onun hərtərəfli öyrənilməsi, habelə, tədqiqi, xalqın ədəbi-bədii mülkünə çevrilməsi şərqşünas mənbəşünaslarının üzərinə məsuliyyətli bir vəzifə qoyur.Tarixə nəzər salsaq görərik ki, orta əsr farsdilli ədəbiyyatın hüdudları hazırkı İran dövlətinin deyil, eyni zamanda indiki Əfqanıstan, Şimali Hindistan və Tacikistan sərhədlərinə qədər gedib çıxır.IX əsrin sonlarından Movarounnəhrdə, Səmərqənd və Buxarada formalaşmağa başlayan bu nəhəng poeziya məktəbi illər keçdikcə öz əhatə dairəsini daha da genişləndirərək, şimal-qərbdə indiki Qafqaz ətrafı ölkələri ilə, cənub-şərqdə isə Şimali Hindistan torpaqları ilə birləşdi.Ədəbi əlaqələrdən danışarkən xatırlamaq lazımdır ki, orta əsrlərdə Şərq xalqlarının, xüsusən də türk xalqlarının, ərəb və hind xalqlarının ədəbiyyatı ilə sıx ədəbi əlaqələrin qurulması nəticəsində fars-tacik ədəbiyyatının şöhrəti daha da artmışdır. Eləcə də, bu dildə yaradılmış ədəbiyyatın daha böyük ərazilərdə geniş yayılmasında digər Şərq xalqları, xüsusən də özbək xalqı layiqli xidmət göstərmişdir. Bunun bariz nümunəsi Əmir Xüsrav Dəhləvi, Əlişir Nəvai, Bədriddin Hilali, Mirzo Əbdülqədir Bədil, Zebünniso begim, Mirzo Qalib kimi fars ədəbiyyatının onlarla böyük nümayəndəsinin yaradıcılığı buna bariz misaldır.Bu nöqteyi-nəzərdən fars-tacik ədəbiyyatının təkcə farsdilli xalqlar üçün deyil, bölgədəki digər xalqlar üçün də dəyərli olduğunun sübutu kimi Əbu Abdulla Rudaki, Əbülqasım Firdovsi, Nizami Gəncəvi, Ömər Xəyyam, Fərididdin Əttar, Cəlaləddin Rumi, Sədi Şirazi, Hafiz Şirozi, Kamal Xocəndini Əbdürrəhman Cami, Saib Təbrizi kimi böyük şair və mütəfəkkirlərin əsərlərində görə bilərik. Adlarını çəkdiyimiz bu böyük alimlərin əsərlərinin özbək xalqı tərəfindən sevilərək mütaliə edilməsi dost, qonşu və qardaş xalqlar arasındakı müştərək ədəbi əlaqələrin bir isbatıdır.Şərq xalqlarının ədəbi əlaqələrinin inkişafında şifahi xalq yaradıcılığının yeri misilsizdir. İran bölgəsi xalqlarının şifahi bədii yaradıcılığının tarixi əsasları qədim dövrlərdə yaşamış əcdadların arxaik təxəyyülü əsasında yaradılmış mifoloji dastanlara qədər gedib çıxır.“Min bir gecə” nağıllarının əsasını təşkil edən “Həzər Əfsənd” kimi xalq nağılları, bu ərazi xalqlarının bədii dühasının böyük potensialı sayəsində yaranmış bu qəbildən olan əsərlər əsrlər boyu öz dəyərini itirməmiş, bəşəriyyətin mənəvi-mədəni irsinin nadir şah əsərləri kimi Şərq və Qərb xalqlarının mənəviyyatının inkişafına böyük töhfələr vermişdir. İran folkloru digər şərq xalqlarının folkloru kimi xalqının dünyagörüşünü, mənəvi dünyasını özündə cəmləşdirən böyük dəyərlərdən biridir.Özbəkistanla İran arasında ədəbi əlaqələr ildən-ilə inkişaf etməkdədir. Bu istiqamətdə tərcümə ədəbiyyatının rolu misilsizdir. Məlumdur ki, tərcümə ədəbiyyatı qədim sahələrdən biridir və Şərqlə Qərbin ədəbi-mədəni əlaqələrində çox mühüm yer tutur. Bu günkü tərcümə sahəsi yeni məna və mahiyyət qazanır. Qeyd etmək lazımdır ki, bugünkü dünya ədəbiyyatını tərcümə sənətini ədəbi ünsiyyət olmadan təsəvvür etmək mümkün deyildir.Özbəkistan müstəqillik əldə etdikdən sonra bu sahəyə geniş yol açıldı. İyirmi ildən artıqdır ki, bədii tərcümə sahəsi məna və mahiyyət baxımından yenilənir, müxtəlif xalqların ədəbi əsərləri istər nəsrdə, istərsə də poeziyada özbək dilinə ədəbiyyatşünaslar tərəfindən tərcümə olunur və bu fəaliyyət hələ də davam edir.Bu baxımdan Şərq xalqları ədəbiyyatında, xüsusən də İran ədəbiyyatında xeyli tərcümə işləri aparılmışdır. Klassik fars ədəbiyyatının nadir incilərindən tutmuş müasir ədəbiyyat nümunələrinə qədər bir çox əsərlər özbək dilinə məharətlə tərcümə edilmiş və bu əsərlər bu gün özbək xalqının qəlbində dərin yer tutmaqdadır. Beynəlxalq Firdovsi mükafatı laureatı, klassik fars şairlərinin əsərlərinin Ustoz Şoislam Şomuhemmedovun tərcümələri, xüsusilə “Rudəki və Baba Tahir poeziyası”nın tərcümələri, Ömər Xəyyamın rübailərinin, Hafiz Şirazinin qəzəllərinin tərcümələri olduqca təqdirəlayiqdir. Klassik fars poeziyasının sütunlarından biri Əbülqasim Firdovsinin “Şahnamə”sini özbək dilinə çevirən alim Həmidjon Həmidini xüsusilə qeyd etmək lazımdır. Ustadın “Şahnamə” əsərindən etdiyi bir neçə tərcüməsi Özbəkistanın mərkəzi və rayon kitabxanalarında özünün layiqli yerini tutmaqdadır.Özbək xalqının sevimli şairlərindən sayılan Ömər Xəyyamın, Rudakinin yaradıcılığı ilə tanışlıqda özbək alimlərinin- Şoislam Şəməhəmmədovun, Nəcməddin Komilovun, Suyuma Qaniyevanın, Erqaş Oçilovun, Camal Kamalın və Əsgər Mahkamın zəhməti müqayisəyə gəlməzdir. Camal Kamalın tərcümələrinə xüsusi diqqət yetirsək, Ruminin “Məsnəvi-e Mənəvi” və Fərididdin Əttarın “Məntiq ut-təyr”inin özbək dilinə mahir tərcümələri ədəbiyyatsevərlər tərəfindən rəğbətlə qarşılanmaqdadır. Olimjon Boriyev tərəfindən Əbdürrəhman Caminin “Yusuf və Züleyha”, “Leyli və Məcnun”, “Süleyman və Absol” dastanları, Nizami Gəncəvinin “Hekayətlər”, “Xosrov və Şirin” “Leyli və Məcnun” dastanları, Hafiz Şirozinin qısa qəzəl kitabı özbək dilinə də uğurla tərcümə edilmişdir. Bu nailiyyətlərin davamı olaraq bu gün də bu istiqamətdə səmərəli işlər aparılmaqdadır.Fars ədəbiyyatı nümunələri özbək ədəbiyyatşünas alimlər tərəfindən məharətlə tərcümə olunur. Xüsusilə, fars dilindən özbək dilinə tərcümələrə nəzər salanda görürük ki, Kuronbekov Əhmədqul tərəfindən Məhəmmədəli Camolzodanın “Üs gözləri” romanı, Əsgər Mahkamın “Şəms Təbrizi qəzəlləri”,  Şokirjon Olimov müasir fars ədəbiyyatı nümayəndələrinin hekayələr topluları, Amuzoda Xəlilinin “Bahar səyahəti”, Roziya Tucjorun “Həm alma, həm ulduz”, Aydın Turdiyeva isə yazıçı Zoyo Pirzodun bir sıra hekayələrini uğurla tərcümə ediblər. Müşahidə və elmi təfəkkür dairəsi geniş olan bu alimlər istər klassik, istərsə də müasir fars poeziyası sahəsində səmərəli tərcümə əsərlərini ədəbiyyatşünasların diqqətinə çatdırırlar.Fars nəsrinin əsasını qoyan Məhəmməd Camalzadə, Sadiq Hidayət, Bozorq Ələvi, Sadiq Çubak, Əbülhüseyn Nuşin, Ehsan Təbəri, Əhməd Sadiq kimi yazıçıların əsərləri də tərcümə edilərək ədəbiyyatsevərlərə təqdim olunur.İstifadə olunmuş ədəbiyyatlar:1. “İran ədəbiyyatı bu gün”. Xeykuqi M. Tehran, 1998.2. “İran ədəbiyyatı müntəxəbatı” (Tərtibçilər C.E.Xəzrətkulov, M.Ş.Abdusamatov), ​​Daşkənd, 1992.3. “Fars ədəbiyyatı tarixi XIX-XX əsrlər”. Moskva, “Vostochnaya literatura”, 1999.4. “İran tarixi XX əsr”. Əliyev S.M. Moskva IV RAN -2004.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
1
avropa.info

2Mənbələr