AZ

Rusiya və Ukrayna hərbi əsirləri dəyişdirdi...

...90 rusiyalı hərbçi Kiyev rejiminin nəzarətində olan ərazidən geri qaytarılıb. Rusiya Müdafiə Nazirliyi rusların əsirlikdə ölüm təhlükəsi ilə üzləşdiyini vurğulayıb.

Hərbi idarədən verilən məlumata görə, mübadilə danışıqlar prosesi nəticəsində baş tutub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, vasitəçi kimi, Birləşmiş Ərəb Əmirlikləri iştirak edib.

Ukrayna Silahlı Qüvvələrinin 90 hərbi əsiri Ukrayna tərəfinə təhvil verilib.

Sərbəst buraxılan Rusiya hərbi qulluqçuları Rusiya Aerokosmik Qüvvələrinin hərbi-nəqliyyat təyyarələri ilə Moskvaya çatdırılacaq.

Onlara lazımi tibbi və psixoloji yardım göstəriləcək, Rusiya Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə və reabilitasiyaya göndəriləcək.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
sia.az

1Mənbələr