AZ

Messi doğum günündə pərəstişkarlarını torta QONAQ ETDİ

Argentinalı ulduz Lionel Messi doğum günündə pərəstişkarlarını torta qonaq edib.

Gundem.az xarici KİV-ə istinadən xəbər verir ki, 37 yaşını tamamlayan hücumçu yığmadakı komanda yoldaşları ilə birlikdə ad gününü qeyd edərkən, fanatlar otelin qarşısına toplaşıblar.

Pəncərədən onlara əl yelləyən L.Messi daha sonra Argentina bayrağının rənglərində 4 böyük tort göndərib.

Qeyd edək ki, "Qızıl top”un 8 qat qalibi Argentina millisinin heyətində dünya çempionluğunu qazanıb. O, həmçinin İspaniya çempionatının (10), Fransa Liqa 1-in (2) və Çempionlar Liqasının (4) qalibi olub. Hücumçu 2023-cü ilin yayından ABŞ-nin "İnter Mayami" klubunda çıxış edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
9
gundem.az

10Mənbələr