AZ

Çin və Səudiyyə Ərəbistanının müdafiə nazirləri görüşdü

Bu gün Pekində Çinin müdafiə naziri Dong Jun və Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman Əl Səud arasında danışıqlar aparılıb.

Hurriyyet.Az xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb.

Çin hərbi idarəsinin WeChat sosial şəbəkəsindəki səhifəsində qeyd edilir ki, Çin Mərkəzi Hərbi Şurasının (CMC) sədr müavini Çjan Yuxia da Xalid bin Salman Əl Səud ilə görüşüb.

"Çin və Səudiyyə Ərəbistanı uzun müddətdir bir-biri ilə dostluq əlaqələri saxlayır və ikitərəfli münasibətlərimizin strateji və qlobal xarakteri getdikcə nəzərə çarpır", - Dong Jun vurğulayıb.

O qeyd edib ki, Pekin və Ər-Riyad qarşılıqlı maraq doğuran məsələlərdə möhkəm həmrəylik nümayiş etdirir və regional və beynəlxalq məsələlərdə mövqeləri əlaqələndirirlər: “Ordularımız mövcud nailiyyətləri möhkəmləndirməli, əməkdaşlığı daha da intensivləşdirməli, qarşılıqlı etimad səviyyəsini yüksəltməli, daha praqmatik və davamlı hərbi qarşılıqlı fəaliyyət modelini formalaşdırmalı, ölkələrimiz arasında əlaqələrin inkişafına uzunmüddətli, etibarlı və sabit strateji dəstək verməlidir”.(Musavat.com)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
2
hurriyyet.az

10Mənbələr