AZ

ABŞ və Rusiya müdafiə nazirlərinin telefon danışığı olub

ABŞ və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub. APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Bildirilib ki, Pentaqon rəhbəri Ostin Rusiyanın müdafiə naziri Andrey Belousovla telefonla danışıb. Nazirlər Ukrayna ətrafındakı münaqişəni müzakirə ediblər.

Eyni zamanda Ostin ABŞ və Rusiya hərbçiləri arasında əlaqə saxlamağın vacibliyini vurğulayıb.

Qeyd edəkki,Rusiya və ABŞ-nin müdafiə nazirliklərinin rəhbərləri sonuncu dəfə 2023-cü ilin martında telefon danışığı aparıblar. O zaman Rusiyanın müdafiə naziri Sergey Şoyqu olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
5
apa.az

10Mənbələr