AZ

Avtodayanacağda faciə:bir ailənin 3 üzvü öldü - FOTO + VİDEO

Rusiyanın Krasnodar bölgəsində avtomobilin avtodayanacağın 3-cü mərtəbəsindən aşağı düşməsi nəticəsində 3 nəfər ölüb.

Avtosfer.az xəbər verir ki, hadisə iyunun 25-də Volodi Qolovatoqo küçəsində baş verib.

Məlumata görə, “BMW X6M” markalı avtomobil sürücünün sükan idarəetməsini itirməsi səbəbindən "Qalereya" ticarət və əyləncə mərkəzinin avtodayanacağının 3-cü mərtəbəsindən, nəqliyyatın intensiv olduğu Raşpilevskoy küçəsinə düşüb.

Daxili İşlər Nazirliyinin Krasnodar regional qrupunun mətbuat xidmətindən bildirilib ki,

hadisə zamanı avtomobilin 37 yaşlı sürücüsü, onun həyat yoldaşı və oğlu ölüblər.

Hazırda faktla bağlı araşdırma aparılır.

 

Namiq Musayev

В

Ребенок

В

Три

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
avtosfer.az

1Mənbələr