AZ

21 yaşlı gənc Masallıda bədbəxt hadisə nəticəsində ölüb

Cəlilabad rayon sakini Masallıda ölüb.

APA - nın cənub bürosunun verdiyi məlumata görə hadisə Masallıda yerləşən istirahət mərkəzlərindən birində qeydə alınıb.

Masallıya istirahətə gedən Cəlilabad rayonunun Qarazəncir kənd sakini, 2003-cü il təvəllüdlü Hasil Cəfər oğlu Cəfərov suya tullanan zaman başı daşa dəyib. O, aldığı xəsarətlərdən ölüb.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
11
apa.az

10Mənbələr