AZ

AVRO-2024: Avstriya və Fransa "pley-off"a vəsiqə qazanıb

Bu gün Avropa çempionatının D və C qruplarında mübarizəyə yekun vurulacaq.

Apasport.az xəbər verir ki, günün ilk oyunları Bakı vaxtilə 20:00-da D qrupunda baş tutub.

Paytaxt Berlində Niderland və Avstriya komandaları üz-üzə gəlib. Qrupun digər komandaları Fransa və Polşa isə Dortmund şəhərində qarşılaşıb.

25 iyun

AVRO-2024
D qrupu, III tur

20:00. Niderland - Avstriya 2:3

Baş hakim: İvan Krujlyak (Slovakiya).

Berlin Olimpiya Stadionu.

20:00. Fransa - Polşa 1:1

Baş hakim: Marko Quida (İtaliya).

Dortmund, "Siqnal İduna Park".

Bu nəticədən sonra Avstriya və Fransa yığmaları "pley-off"a vəsiqə qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
145
6
apa.az

10Mənbələr