AZ

Sərxoş sürücü toya gələnlərin avtomobillərini əzdi: o ki, var döyüldü  - VİDEO

Türkiyənin İstanbul şəhərində sərxoş sürücü toya gələn şəxslər tərəfindən döyülüb. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Ataşəhər rayonunda qeydə alınıb.

Məlumata görə, şəxsiyyəti müəyyənləşdirilməyən sərxoş sürücü idarə etdiyi avtomobili toya gələn insanların şadlıq sarayının önündə saxladıqları nəqliyyat vasitlərinə çırpıb.

Səsə çıxan avtomobil sahibləri, maşınlarının qəzaya düşüdüklərini görüb sərxoş sürücü ilə əvvəlcə mübahisə, daha sonra isə dava etməyə başlayıblar.

Zərərçəkənlər tərəfindən döyülən sərxoş sürücü, qaçaraq güc-bəla ilə onların əlindən qurtulub.

Ətrafdakıların xəbər verməsi ilə hadisə yerinə polis əməkdaşları gəlib.

Bu dəfə də toya gələn şəxslər polis əməkdaşları ilə mübahisə ediblər.

Polis qaçan sürücünün axtarışlarına başlayıb.

 

Namiq Musayev

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
50
avtosfer.az

10Mənbələr