AZ

Namiq İslamzadəyə “general-leytenant” rütbəsi verildi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

KONKRET.az xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

“general-leytenant” hərbi rütbəsi general-mayor Namiq Sərəfruz oğlu İslamzadəyə, “general-mayor” hərbi rütbəsi polkovnik Həsən Əli oğlu Əlövsədova və polkovnik Vilayət Bərxuda oğlu Quluyevə.

Qeyd edək ki, general N.İslamzadə bu yaxınlarda Hərbi Hava Qüvvələrinin Komandanı təyin edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
11
konkret.az

10Mənbələr