AZ

“Şahruddinin Azərbaycana qayıtmağını istəməzdim”

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Demirspor” klubundan ayrılıb. 2023-cü ildə “Qarabağ”dan Super Liqa təmsilçisinə keçən qolkiperin yenidən ölkəyə qayıtması gündəmdədir.

Azərbaycan yığmasının sabiq qapıçısı Hüseyn Məhəmmədov “FutbolPress“ə açıqlamasında Şahruddinin Azərbaycan klubuna keçmək variantına münasibət bildirdi:

“Şahruddinin Azərbaycana qayıtmağını istəməzdim. Çünki millinin qapıçısıdır, Türkiyə kimi səviyyəsi yüksək olan çempionatda çıxış edib. Orada olması milli və özü üçün daha faydalıdır. Türkiyədə olan təzyiq, rəqabət, çempionatın səviyyəsi yüksəkdir. Millinin üzvü belə yerlərdə olması özü üçün əlverişlidir.

Azərbaycanda onu istəyən klublar olar. “Sabah”ı, “Neftçi”si, “Qarabağ”ı və s. Çünki yaxşı qapıçı komandanın yarısıdır və Şahruddin özünü sübut edib. Amma yenə deyirəm, istərdim ki, qayıtmasın”.

Şahruddin ötən mövsümün əvvəlində 900 min avro qarşılığında “Qarabağ”dan “Adana Demirspor”a keçmişdi. O, Türkiyə klubunda 25 oyunda 40 qol buraxıb.

Şahin Cəfərov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
futbolpress.az

1Mənbələr