AZ

AMEA-da Qərbi Azərbaycanla bağlı yeni şöbələr yaradılıb

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin çağırışlarına uyğun olaraqAMEA-nın elmi-tədqiqat müəssisələrində Qərbi Azərbaycanla bağlı birsıra mühüm tədqiqatlar aparılır.

Bu barədə Trend-ə AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətləəlaqələr, mətbuat və informasiya şöbəsindən məlumat verilib.

Bu məqsədlə AMEA Rəyasət Heyətinin qərarı ilə daxili imkanlarhesabına A.A.Bakıxanov adına Tarix İnstitutunda “Qərbi Azərbaycantarixi” şöbəsi, Folklor İnstitutunda “Qərbi Azərbaycan folkloru”şöbəsi və Nəsimi adına Dilçilik İnstitutunda isə “Toponimika”şöbəsi yaradılıb. Həmin şöbələr tərəfindən qısa müddət ərzindəfundamental tədqiqatlar aparılaraq Qərbi Azərbaycandasoydaşlarımızın yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi vətəbliği istiqamətində önəmli nəticələr əldə edilib, kitablar çapolunub. Eyni zamanda, “Qərbi Azərbaycan Ensiklopediyası”nınsözlüyünün hazırlanması da başa çatdırılıb.

Bu günlərdə AMEA Rəyasət Heyətinin qərarı ilə Əlyazmalarİnstitutunda daxili imkanlar hesabına “Qərbi Azərbaycan və Qarabağəlyazmalarının tədqiqi şöbəsi” də yaradılıb. Yeni yaradılmışşöbənin əməkdaşları Qərbi Azərbaycanda və Qarabağdayaşayıb-yaratmış şair və yazıçıların əsərlərinin əlyazmalarınıntoplanılması, sistemləşdirilməsi, tərtibi, nəşri məsələləri iləməşğul olacaq, həmin regionlardan çıxan tanınmış yaradıcı simalarınhəyatı və yaradıcılığını araşdırıb tədqiq edəcəklər.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
13
az.trend.az

10Mənbələr