AZ

Əmrə Bələzoğlu Azərbaycan millisinin baş məşqçisi ola bilər

Əmrə

Bakı, 1 iyun, AZƏRTAC

Türkiyəli tanınmış mütəxəssis Əmrə Bələzoğlu Azərbaycan millisinin baş məşqçisi ola bilər.

AZƏRTAC Türkiyə mətbuatına istinadən xəbər verir ki, AFFA 44 yaşlı çalışdırıcı ilə danışıqlar aparır. Razılıq əldə olunarsa, o, yığmanın yeni baş məşqçisi olacaq.

Qeyd edək ki, Əmrə Bələzoğlunun son iş yeri başa çatan mövsümü 17-ci yeri tutaraq Superliqa ilə vidalaşan “Ankaragücü” komandası olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
284
1
azertag.az

10Mənbələr