AZ

Bakıda avtobusdan yıxılan qadın təkərin altında qalaraq öldü

Bakı şəhəri Sabunçu rayonunda avtobusdan yıxılan qadın təkərin altında qalıb.

"Report"un məlumatına görə, Məhərrəmov Sarvan Şahlar oğlunun idarə etdiyi "Daewoo" markalı avtobus Bakı şəhəri, Sabunçu rayonu, Babək küçəsi 157 ünvanında yerləşən "Ayxan" marketin yaxınlığında yerləşən dayanacaqdan hərəkətə başlayarkən avtobusun içərisində olan sərnişin 17.03.1964-cü il təvəllüdlü Cəfərova Tamella Nadir qızı ön giriş qapısından yıxılaraq avtobusun ön sağ təkəri altına düşmüş, nəticədə aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.

Faktla bağlı Sabunçu RPİ-nin İŞ-cinayət işi başlanılaraq istintaq aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
781
36
olke.az

10Mənbələr