AZ

Bu ölkədə saqqız çeynəmək qadağandır: Dünyanın müxtəlif yerlərindən maraqlı qadağalar

Hər bir ölkədə asayişi qorumaq üçün müəyyən qadağalar var.

Azerforum bildirir ki, bəzi qadağalar isə eşidənləri təəccübləndirir: Saqqız çeynəmə qadağasından tutmuş ketçup qadağasına qədər...
 
1. FRANSA
Fransada məktəb bufetlərində ketçup istehlakı qadağan edilib. Tələbələr həftədə bir dəfə kartof qızartması ilə ketçup yeyə bilərlər.
 
2. ABŞ: VERMONT
Vermontda arvadlardan diş protezləri üçün ərlərindən yazılı kağız alması tələb olunur. Əks halda diş protezləri ola bilməz.

3. ÇİN
Çində boğulan şəxsi xilas etməyə çalışmaq taleyə müdaxilə kimi qəbul edildiyi üçün qadağandır.
 
4. BİRLƏŞMİŞ KRALLIQ
Böyük Britaniyada küçədə xalçaları çırpmaq qadağandır.
 
5. YUNANISTAN

Yunanıstanın tarixi ərazilərində dikdaban ayaqqabı geyinmək qadağandır. Dünyanın bir çox muzeyində qüvvədə olan bu qadağa Yunanıstanın tarixi bölgələrində də tətbiq edilir.

 
6. İSVEÇRƏ
İsveçrə heyvanların hüquqlarının qorunmasında ən həssas ölkələrdən biridir. O həddə çatıb ki, ölkədə hürən itə belə söymək qanunsuzdur.

 
7. SİNQAPUR
Sinqapurda saqqız çeynəmək olmaz. Sinqapur "təmiz və yaşıl" şəhər imicini qorumaq üçün yerə atılan saqqızın öhdəsindən gələ bilmədiyi üçün saqqızı tamamilə qadağan etməyi seçib. Zibil atmaq və qraffiti çəkmək də qadağandır.

 
8. RUSİYA
Əgər Rusiyada çirkli maşın sürsəniz, çox güman ki, cərimələnəcəksiniz. Ölkə müntəzəm təmizlənməyən avtomobillərə qarşı çox həssasdır.

Fatimə
Azerforum.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
699
20
azerforum.com

10Mənbələr