AZ

ABŞ Konqresinin Nümayəndələr Palatası Ukrayna yardım paketi layihəsini dəstəkləyib

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

ABŞ Konqresinin Nümayəndələr Palatası prosessual səsvermədə Ukrayna, Tayvan və İsrailə yardım paketləri haqqında qanun layihələrini dəstəkləyib.

Hər üç ölkəni dəstəkləmək üçün 95 milyard dollar ayrılması təklif edilir. Palata digər məsələlərlə yanaşı, Ukraynaya kömək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə etməyi təklif edən milli təhlükəsizlik layihəsinə də baxıb. Səsvermə bütün dörd layihə üzrə bir anda baş tutub. Yardım paketləri üzrə prosedur səsverməsindən əvvəl qısa müzakirələr aparılıb. Onlardan sonra layihə 316 palata üzvü tərəfindən bəyənilib. Layihənin əleyhinə 94 səs verilib.

Yardım layihələri Nümayəndələr Palatasının spikeri respublikaçı Mayk Conson tərəfindən təklif edilib. “The Hill” xəbər verir ki, bu, Conson ilə qanun layihələrindən narazı olan bəzi konqresmen yoldaşları arasında münaqişəni daha da gərginləşdirib. Belə ki, əleyhinə səs verənlər arasında 55 respublikaçı da olub. Nümayəndələr Palatası Ukraynaya yardım paketini şənbə, aprelin 20-də qəbul edə bilər.

Bundan sonra o, Nümayəndələr Palatasından fərqli olaraq demokratların çoxluğa sahib olduğu Konqres Senatına gedəcək. Sonuncular paketi tez bir zamanda təsdiqləməyə və imzalamaq üçün ABŞ prezidenti Co Baydenə göndərməyə hazır olduqlarını artıq bildirdilər. Paket dövlət başçısı tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.

Ukraynaya yeni yardım paketinin layihəsi aprelin 17-də ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən dərc edilib. Layihə Ukraynaya 60 milyard dollardan çox vəsaitin ayrılmasını və uzaq mənzilli ATACMS raketlərinin ötürülməsini nəzərdə tutur. Sənəd təmənnasız yardımdan kredit sisteminə keçidi də nəzərdə tutur – Ukrayna hakimiyyəti paketə xərclənən vəsaiti geri qaytarmalı olacaq.

//Samir Qurbanov, Editor.az

 

Seçilən
117
30
117
Mənbələr
Şərh ()
Bağla