AZ

"Microsoft" "Windows"un pirat istifadəçiləri üçün yeni məhdudiyyət tətbiq etdi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

"Windows 11" əməliyyat sisteminin beta versiyasında əməliyyat sisteminin pirat versiyası ilə işləyən istifadəçilər üçün "Microsoft Edge" brauzerinin parametrlərini məhdudlaşdıran funksiya aşkar edilib. 

Valyuta.az xəbər verir ki, bu barədə "Windows Report" portalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, "msEdgeLockSettingsInNonActivatedOS" funksiyası əksər brauzer parametrlərini kilidləyir, onun funksionallığını məhdudlaşdırır və istifadəni daha rahat edir. Bu addım, ehtimal ki, istifadəçiləri "Windows 11"in lisenziyalı versiyalarını almağa təşviq etmək məqsədi daşıyır.

Lakin istifadəçilərin fikrincə, bu cür tədbirlər "Microsoft"a istənilən nəticəni əldə etməyə kömək etməyəcək. "Windows 11" üçün açar almaq əvəzinə, OS-nin lisenziyasız nüsxələri olan kompüter sahibləri sadəcə olaraq "Google Chrome", "Opera" və ya "Firefox" kimi üçüncü tərəf brauzerlərini quraşdıra bilərlər.

Hazırda funksiya artıq "Windows 11 Canary"də tətbiq edilib, lakin onun OS-nin stabil versiyasına daxil edilməsinin dəqiq tarixi hələ məlum deyil.

"Windows 11"in lisenziyasız versiyalarının istifadəçiləri ekranın aşağı sağ küncündə su nişanı, məhdud fərdiləşdirmə seçimləri və açarı almaq üçün müntəzəm xatırlatmalar da daxil olmaqla bir sıra digər məhdudiyyətlərlə üzləşirlər.

Paşa Məmmədli
 

Seçilən
156
12
1

1Mənbələr

Şərh ()
Bağla