Bakı şəhəri, Nərimanov rayonunda Təbriz küçəsi ilə Tələt Şıxəliyev küçəsinin kəsişməsində yerləşən binada qurunt suları tikilinin zirzəmisinə tökülür.
RTV bildirir ki, sözü gedən bina "Çağbağ" MMC-yə məxsu pilot layihədir. Bina sakinlərinin dəfələrlə bu barədə şikayət etmələrinə baxmayaraq şirkət məsuliyyəti öz üzərindən atır. Eyni zamanda binada təhlükəsizlik kamerası olmadığına görə müxtəlif oğurluq hadisələri sözün əsl mənasında baş alıb gedir.
FHN binaya baxış keçirib və binanın təhlükəli vəziyyətdə olduğu rəyini verib. Sakinlər hər an narahat və qorxu içindədirlər