AZ

Lavrov İranlı həmkarı ilə Yaxın Şərqi müzakirə etdi 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə məlumatı Rusiya tərəfi yayıb 

 

Telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub.

 

Nazirlərin söhbətində əsas diqqətin Yaxın Şərqdəki vəziyyətə olduğu bildirilir 

 

“Rusiya tərəfi bir daha İsrailin aprelin 1-də İranın Dəməşqdəki konsulluğuna aviazərbəsini sərt şəkildə pislədiyini vurğulayıb. Vurğulanıb ki, toxunulmazlığı müvafiq Vyana Konvensiyaları ilə təmin edilən diplomatik və konsulluq obyektlərinə hər hansı hücumlar, eləcə də siyasi qətllər qəti şəkildə qəbuledilməzdir", - açıqlamada deyilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
178
23
modern.az

10Mənbələr