AZ

Daşkəsən Rayon İcra Hakimiyyətində vətəndaşların müraciətləri dinlənilib – FOTOLAR

Daşkəsən Rayon İcra Hakimiyyətində mütamadi olaraq vətəndaşlar qəbul edilir, onların problemlərinin həlli istiqamətində əməli addımlar atılır.
Eyni zamanda vətəndaşlar Daşkəsən Rayon İcra Hakimiyyətinə Rəqəmsal İcra Hakimiyyətinə (https://rih.gov.az/) portalı vasitəsi ilə də müraciətlərini edirlər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında növbəti qəbul 29.03.2024-cü il tarixdə keçirilib. Müraciətlər əsasən məşğulluq, yaşayış binasının zirzəmisinə qrunt sularının yığılmasının qarşısının alınması, ünvanlı dövlət sosial yardımının təyin edilməsinə kömək olunması, mənzil növbəliliyinə qeyd alınmaqla bağlı, avtoyuma məntəqəsi və ticarət obyekti üçün torpaq sahəsinin ayrılması, maddi yardımın olunması və digər şəxsi məsələlərlə bağlı olmuşdur.
Fərdi qaydada baş tutan qəbulda səsləndirilən müraciətlərin bəziləri yerindəcə qanun çərçivəsində həll olunub, araşdırılması vacib olan məsələlərlə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilib. Keçirilən bütün qəbullarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğu təmin edilib.
image-1 image-2 image-3 image-4
Seçilən
38
34
Mənbələr
Şərh ()
Bağla