AZ

“Üç aydan sonra “Neftçi”yə qayıdıram və oynamağa tam hazıram”

“Neftçi”nin yarımmüdafiəçisi Ataa Caber zədədən sonra hazır olması və Azərbaycan Premyer Liqasının 28-ci turunun “Qəbələ” ilə qarşıdakı oyunu ilə bağlı fikirlərini bölüşüb.

Sportinfol.az xəbər verir ki, “Neftçi TV”yə danışan fələstinli futbolçu bunları deyib:

"Özümü yaxşı hiss edirəm və oynamağa hazıram. Reabilitasiya prosesi çox çətin keçdi.

Zədəmi sağaldıb komandaya qayıtdım. İlk oyunda yenidən sıradan çıxdım.

Bu prosesdən yenidən keçməli oldum. Üç aydan sonra qayıdıram və oynamağa tam hazıram.

İndi bütün fikirlərim "Qəbələ" ilə qarşıdakı oyundadır. İnanıram ki, bu matçda qalib gələcəyik. Ancaq bu haqda düşünürük".

"Qəbələ" - "Neftçi" matçı martın 29-da keçiriləcək və oyuna 16:30-da start veriləcək.

phrase_var_article.chosen
34
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close