AZ

"Əsas söhbət "Prius"lardan gedirdi" - Deputatdan taksilərlə bağlı qərara MÜNASİBƏT

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti ötən gün “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər” haqqında qərar qəbul edib.

Qərara əsasən, taksi minik avtomobilinin damında öndən və arxadan görünməklə “Taksi” sözü yazılmış, damın həndəsi ortasında uzununa oxu avtomobilin uzununa oxuna perpendikulyar olmaqla statik bərkidilmiş yandırılıb söndürülə bilən sarı rəngli fənər (avtomobilin konstruksiyasında xüsusi “taksi” fənəri nəzərdə tutulduqda əlavə fənər qoyulmur) və ya hər iki tərəfdən ön və arxa qapılarının üzərində şahmat qaydasında düzülmüş dördbucaqlılardan ibarət kompozisiyalı fərqləndirici nişanı qoyulduqda, bu Tələblərin 2 nömrəli əlavəsində göstərilən qaydada olmalıdır.

Tələblərə əsasən, taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olmalıdır.  Həmçinin taksilər üçün POS-terminal tələbi qoyulub.

Taksi minik avtomobilində sərnişinin daşınmasını bildirən xüsusi cihaz yerləşdirildikdə həmin cihaz avtomobilin alın şüşəsinin yuxarı sağ küncündə və ya taksi fənərinin yanında yerləşdirilməli və həmin avtomobilin boş və ya dolu olduğunu bildirməklə müvafiq olaraq qırmızı və yaşıl rəngdə işıqsaçan olmalıdır. 

Keçid müddəalarına əsasən, rəng tələbi 2024-cü il iyulun 1-dən ölkə ərazisinə idxal edilən və ya ölkə ərazisində istehsal edilən avtonəqliyyat vasitələrinə şamil ediləcək.

Mövzu ilə bağlı Redaktor.az-a danışan millət vəkili Vahid Əhmədov söylədi ki, ölkədə tıxac problemi çox ciddi problemdir.

"O cümlədən dayanacaqlarla əlaqədar məsələlər var. Bu məsələlərdə problem böyükdür. Çox ciddi maşın sıxlığı var. Təxminən Azərbaycanda 1 milyon 600 minə yaxın maşın var. 1992-ci  ildə cəmi 320 min maşın idi. Yəni artım kifayət qədər çoxdur. İl ərzində təxminən Azərbaycana 70 minlə 100 min arasında maşın daxil olur. Əsas söhbət "Prius"lardan gedirdi, son vaxtlar Azərbaycana xeyli sayda daxil olub, çox ciddi qəzalara səbəb olur. Buna görə taksi sisteminin qaydaya salınması lazım idi. Taksilər bütün dünyada necə qayda-qanunla işləyirdisə, Azərbaycanda da bu qanunlar tətbiq olunmalıdır. Yüksək səviyyəli xidmət olmalıdır, davranış qaydaları tamamilə nəzakətli olmalıdır və s. Bu qaydalar artıq tətbiq olunacaq. Yəni taksi fəaliyyətini qaydaya salmaq istəyirlər ki, nəqliyyatda problem olmasın", - deyə millət vəklili bildirdi.

V.Əhmədov həmçinin hesab edir ki, taksilərdə POS-terminalların olması gediş qiymətinə təsir etməyəcək:

"Burada əsas problem bəzi taksi sürücülərinin işsiz qalması olacaq. Onları mütləq işlə təmin etmək vacibdir ki, işsiz qalmasınlar. Yəqin ki, bu istiqamətdə müəyyən addımlar atılar".

Humay İSGƏNDƏRLİ

phrase_var_article.chosen
18
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close