AZ

“Tamaşaçılardan üzr istəyirəm, gərək etməzdim”

"Yaşadığım 2020-ci ilə peşmanam. Çünki verdiyim həm birinci, həm də ikinci qərarı verən mənəm. Yəni seçən də, sevən də, evlənən də, boşanan da mənəm. Günah özümdədir. Mən xanımda niyə günah axtarım? O xanım mənim uşağımın anasıdır. Ona dediyim o sözlər emosiya üzərində söylənilmiş sözlərdir". 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Elnar Xəlilov qonaq olduğu "Xəbər-ətər" verilişində deyib. 

İlk evliliyindən söz açan sənətçi bildirib ki, boşansa da, xanımı oğullarının soyadını dəyişdirməyib: 

"Kişilərə məsləhətim xanımlarınızdan boşananda dost kimi ayrılın. Bunu isə mənə böyük oğlumun anası öyrətdi. Gördüm ki, xəbərim olmadan o xanım bu illər ərzində oğlumuzu mənə dost edibmiş. Oğlum futbola gedir. Görürəm ki, yazılıb Xəlilov Yusub. Soyadımı daşıyır. Keçmiş xanımım istəsəydi, oğlumuzun soyadını dəyişdirərdi". 

Elnar vurğulayıb ki, boşanmasını efirlərdə danışması onun ən böyük səhvidir: 

"Mənim ən böyük səhvim xanımımla boşanmamızı el-aləmə bəyan etməyim oldu. Bunları açıqlamadan öz aramızda ayrılmış ola bilərdik. Amma bunu etmədim, bu da ondan qaynaqlanır ki, o zamanlar məhkəmə problemləri yaşadım, şəkər xəstəliyindən müalicə alırdım. Bu problemim şükürlər olsun ki, aradan qalxdı. Bir dönəm idi ki, tab gətirə bilmədim. Mən verdiyim qərarlardan deyil, tamaşaçılardan üzr istəyirəm.

Çünki verdiyim qərarlar doğrudur. Hesab edirəm ki, bu kimi məsələlərlə tamaşaçıların vaxtını oğurlamışam. "YouTube"da videolarıma baxıb heyifslənirəm ki, o danışıqlarım 17 illik musiqi təhsilimə ayıbdır. 11 ili elə "Bülbül"dəki təhsilimdir. Çox ayıbdır, gərək, etməzdim. Düşünürəm ki, susmaq lazım idi". 

Qeyd edək ki, Elnar iki dəfə evli olub. Onun ilk nikahından bir oğlan övladı var. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
38
1
Mənbələr
Şərh ()
Bağla