AZ

Anası yatandan pəncərəyə dırmaşan uşaq polisi hərəkətə keçirdi - FOTOLAR

Çex polisi təxminən altı metr yüksəklikdə olan pəncərədə dayanan bir neçə aylıq qız uşağını xilas edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, polislər pilləkən köməyilə qısa müddətdə kiçik qıza çatıb onu xilas edib və pərdələri açaraq evdə yatan ananı oyandırıblar.

Polisə təşəkkür edən ana çox dərin yuxuya getdiyini və oyana bilmədiyini söyləyib. O deyib ki, diqqətli insanların xəbəri və polisin sürətli müdaxiləsi nəticəsində kimsəyə zərər gəlməyib. Görüntülərdə polisin uşağa sakin şəkildə yaxınlaşması və qorxutmadan onu tutması diqqət çəkib.

Müəllif: Söylü Ağazadə
Seçilən
43
Mənbələr
Şərh ()
Bağla