AZ

Azərbaycanın bank sektorunun aktivləri 7 % artıb

Bu il martın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 48 milyard 735,7 milyon manat təşkil edib.

Bu, ötən il martın 1-i ilə müqayisədə 6,6 % çoxdur.

Bankların aktivlərinin 22 milyard 448,8 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 20,9 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 40,6 %-dən 46,1 %-ə qalxıb.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 6,4 % artaraq 42 milyard 548,4 milyon manata, o cümlədən depozit portfeli 7,4 % artaraq 34 milyard 959,3 milyon manata çatıb. Bunun 13 milyard 003,6 milyon manatı fiziki, 21 milyard 955,7 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 11,6 %, şirkətlərin banklardakı vəsaitləri isə 5 % artıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə dəfə 4,6 dəfə azalaraq 47,1 milyon manat olub.

Sektorun balans kapitalı isə 7,9 % artaraq 6 milyard 187,3 milyon manat təşkil edib.

Seçilən
51
3
Mənbələr
Şərh ()
Bağla