AZ

CIES-in ən bahalı futbolçuları siyahısında Mbappe yoxdur

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) dünyanın ən bahalı futbolçularının transfer qiymətlərini açıqlayıb.

Arena.az məlumat verir ki, 2024-cü ilin mart ayında dərc edilmiş hesabatında mərkəz yalnız 6 oyunçunu 200 milyon avro və ya daha yüksək məbləğdə qiymətləndirib.

Siyahının zirvəsində “Real”ın və İngiltərə yığmasının mərkəz yarımmüdafiəçisi Cud Bellingem yer alıb. İngilis istedanın transfer dəyərini CIES 250 milyon avro məbləğində qiymətləndirir.

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi seçiminə əsasən ən bahalı futbolçuların ilk altılığı belə mənzərə yaradır:

  1. Cud Bellingem (“Real”) – 250 milyon avro;
  2. Erlinq Haland (“Mançester Siti”) – 250 milyon avro;
  3. Vinisius Junior (“Real”) – 200 milyon avro;
  4. Rodriqo Qoes (“Real”) – 200 milyon avro;
  5. Bukayo Saka (“Arsenal”) – 200 milyon avro;
  6. Filip Foden (“Mançester Siti”) – 200 milyon avro.

Camal Musiala (“Bayern”), Xulian Alvares (“Mançester Siti”), Kilian Mbappe (PSJ) və Martin Edeqor (“Arsenal”) 150 milyon avro məbləğində qiymətləndirilirlər. Daha 32 futbolçu, o cümlədən “Napoli”nin gürcü vingeri Xviça Kvaratsxeliya 100 milyon avro məbləğində qiymətləndirilir. Digər oyunçuların dəyəri 80 milyon avro məbləği keçmir.

Seçilən
131
38
Mənbələr
Şərh ()
Bağla