AZ

Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda

Əlbəttə, xoşbəxt cütlük, xoşbəxt ailə olmaq üçün səy  göstərmək gərəkdir. İnsan xəta edə bilər, önəmli olan, xətanı düzəltməyə çalışmaq və buna nail olmaqdır. Bu isə cütlüklərin davranışlarından, biri-birinə necə münasibət göstərdiklərindən  çox asılıdır. 
 
Moderator.az xoşbəxt həyat yaşamaq üçün davranışlarda diqqət edilməli 10 qaydanı təqdim edir:
 
Birincisi, aranızda yaşanan hər hansı problemi valideynlərinizə, yaxın dostlar və rəfiqələrə söyləməkdən çəkinin. Başqalarını şəxsi münasibətlərinizə daxil etməyin. Problemləri öz aranızda həll etməyə çalışın. Ailənizə, yaxın dostlarınıza həyat yoldaşınızdan şikayət etməyin. Şikayət etmək üçün fürsət gözləməyin. Bu, gələcəkdə sizə utanc verər və peşmanlıq hissi yaradar.  Xoşbəxt cütlüklər biri-birini olduğu kimi qəbul edir və əsla başqa biriləriylə müqayisə aparmazlar. Müqayisə aparsanız, bu, sizi xoşbəxt etməyəcək, əksinə, peşmanlıq yaşadacaq. Xoşbəxt cütlüklər duyğularını və münasibətlərdəki rollarının məsuliyyətini anlayır və buna uyğun davranırlar. Özlərini bədbəxt saymaqdan qaçır, istəklərini açıq dilə gətirirlər. Həyatdan ləzzət almağı, əylənməyi bacaranlar, çətin zamanlarda belə sabaha ümidlə baxanlar həyata şən baxır, həyat da onların üzünə gülür. Xoşbəxt cütlüklər tərəf-müqabilinin hər hansı səhv hərəkətini onun üzünə vurmur, etdiyi hərəkətə görə mühakimə etmir, ona kömək olmağa çalışır. Maddi baxımdan da, xoşbəxt cütlüklər diqqətli hərəkət edir, çətin maddi duruma düşməmək üçün ehtiyatlı davranırlar. Xoşbəxt cütlüklər biri-birinin istəklərini bilənlərdir, qarşı tərəfin nə istədiyini bilmək üçün bunu ondan soruşmağa ehtiyac görməyənlər, tərəf-müqabilini sevindirə bilir. Birgə yaşayışda qarşılıqlı çalışma da önəmlidir. Ev işlərini paylaşmaq birgə yaşayışın zövqünü artırır. Xoşbəxtliyin bir başqa sirri isə tərəf-müqabilini dəstəkləmək, çətin vəziyyətdə ona kömək etmək, işini ağırlaşdırmaq yox, yüngülləşdirməyə çalışmaqdır. 
Seçilən
60
46
Mənbələr
Şərh ()
Bağla