AZ

Müqavilə imzalanıb: Ukraynaya bir milyon mərmi göndərirlər

Müqavilə

Çexiyanın Ukrayna üçün Avropadan kənarda artilleriya mərmiləri almaq təşəbbüsünün iştirakçıları Kiyevə bir milyon döyüş sursatı ötürməyi nəzərdə tutan müqaviləni imzalayıblar.

Reyting.az
xəbər verir ki, bu barədə İtaliyanın “Corriere della Sera” nəşri məlumat yayıb.

Bildirilir ki, əvvəlcə 800 min mərmi alınacağı güman edilirdi: 155 mm üçün 500 min və 122 mm üçün 300 min. Bununla belə, Çexiya rəsmiləri daha 200 min mərmi aşkar ediblər.

Nəşrin yazdığına görə, mərmilər çox güman ki, Cənubi Koreya, Türkiyə və ola bilsin, Cənubi Afrikadan gətiriləcək. İddia olunur ki, Ukrayna Çexiya hökumətinin daha əvvəl açıq şəkildə bəyan etdiyi kimi, iyunda deyil, artıq aprel ayında ilk sursat göndərişlərini ala bilər.

Bildirilir ki, Çexiyanın təşəbbüsünə Almaniya, Fransa, Hollandiya, Norveç, İsveç, Portuqaliya, Belçika, Polşa və Kanada da daxil olmaqla 15 ölkə qoşulub.

Qeyd edək ki, martın 27-də Çexiya hökuməti Ukraynaya Avropa İttifaqına daxil olmayan ölkələrdən dəstək üçün sursat almaq təşəbbüsünə ölkənin növbəti töhfəsini təsdiqləyib. Polşanın Çexiyanın təşəbbüsü ilə aldığı mərmilərin Ukraynaya çatdırılmasına kömək edəcəyi də məlum olub.

Onu da əlavə edək ki, indiyə qədər ABŞ Ukraynaya təxminən bir milyon mərmi göndərib.

ELÇİN
Seçilən
214
10
Mənbələr
Şərh ()
Bağla