AZ

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Gürcüstanın

Tbilisi, 28 mart, AZƏRTAC

Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsinin Bakuriani kurort zonasında qar uçqunu baş verib.

AZƏRTAC xəbər verir ki, qar uçqunu altına düşən 5 nəfərdən 4-ü təhlükəli zonadan təxliyə olunub. Bir nəfərin axtarışları isə davam etdirilir.

Samtsxe-Cavaxetiya bölgəsi üzrə dövlət nümayəndəsi Besik Amiranaşvili deyib ki, dağdan qar kütləsi qopan zaman 5 nəfər avtomobillərlə Tsixisjvari istiqamətində gedib. Onlardan 4-ü xilas edilib, bir nəfərin isə hələ də qar kütləsi altında qaldığı ehtimal olunur. Onun tapılması üçün axtarış-xilasetmə tədbirləri martın 29-da davam etdiriləcək.

 
Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
24
1
Mənbələr
Şərh ()
Bağla