AZ

Gəncənin mərkəzində GÜCLÜ YANĞIN

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib.

Hadisə şəhərin Heydər Əliyev prospektində, üçmərtəbəli yaşayış binasında olub.

İlkin məlumata görə, alov binanın dam örtüyündə qeydə alınıb.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin 6 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər davam edir.

phrase_var_article.chosen
67
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close