AZ

Futzal: Azərbaycan Kubokunda yarımfinalçılar müəyyənləşdi

Bu gün – martın 28-də futzal üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün final mərhələsinin qarşılaşmaları keçirilib.

Arena.az xəbər verir ki, ilk matçda Yüksək Liqanın iki iştirakçısı – “Neftçi” İK ilə “Yasamal Bakı” komandaları üz-üzə gəlib.

Fasiləyə qədər 2 qol vuran ötənilki kubok görüşünün finalçısı ikinci hissədə müqavimətlə üzləşib. Daha doğrusu, tərəflər eyni sayda qol vursa da, ilk yarıda “Neftçi”nin vurduğu qollar mərhələ adlamaq üçün yetərli olub.

Günün ikinci oyununda “Baku Fire” U-19 yığmamız üzərində böyükhesablı qələbəyə sevinib.

Çempionatda rəqib tanımayan “Araz-Naxçıvan” kubok matçında bir qədər əziyyət çəkməli oldu. “Baku Fire-2” ilə oyunda fasiləyə məğlub yollanan “ağ-qırmızılar”ın baş məşqçisi Vitali Borisov ikinci hissədə legionerləri “döyüş”ə qoşmalı oldu. Onların meydana atılması duelin taleyini həll etdi.

Birinci Liqanın iki liderinin – PFL ilə “Bakı”nın görüşü isə daha gərgin keçib. Bir neçə gün əvvəl çempionatda olduğu kimi, bu dəfə də qələbəni PFL aktivinə yazdırıb və yarımfinala yüksəlib.

Azərbaycan Kuboku
1/4 final
28 mart

Neftçi İK – Yasamal Bakı 6:4
Qollar: Reza Abgoun, 1:30; 22:44; 36:42. Vahib Xocayev, 3:22. Ülvi Əliyev, 23:28. Fərid Atakişiyev, 32:50 – Adil İsmayılov, 24:52. Behroz Cəfəri, 29:20. Əsgər Abasov, 34:11; 35:07.
Hakimlər: Ziya Nəsirov, Nahid Xasıyev, Xəlil Xəlilov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı İdman Sarayı. Saat 15:30.

Baku Fire – U-19 10:3
Qollar: Tofiq Mikayılov, 4:52; Oktay Rüstəmli, 16:08; 32:27; 32:44. Yaqo Henrike, 17:05; 28:22; 33:18. Kənan Manafov, 22:51; 27:28. Əli Axundov, 38:08-öz qapısına – Fərid Abbasov, 17:30-öz qapısına. Qüdrət Qasımzadə, 30:45. Rüfət Məmmədli, 31:44.
Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Vüsal Balaşov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı İdman Sarayı. Saat 17:30.

Araz-Naxçıvan – Baku Fire-2 6:5
Qollar: Novruz Kazıxanov, 3:13. Andre Junior, 27:25. Lukas Romao, 31:07. Xəzər Ağalızadə, 31:14; 35:46. Diaqo Auqusto, 32:52 – Elşən Mahmudov, 2:06. Ramazan Atakişiyev, 10:15. Elçin İsmayılov, 28:18. Vladislav Vorobyev, 36:40. Fərid Əhmədov, 38:58.
Hakimlər: Hikmət Qafarlı, Kənan Məlikov, Hidayət Feyzullayev.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı İdman Sarayı. Saat 19:30.

PFL – Bakı 6:3
Qollar: Elşən Zərbəliyev, 1:38; 12:32; 31:04. Nicat Qafarlı, 13:13; 17:32. Emil Abaszadə, 24:28 – İlham İsmayılov, 16:26. Nicat Qafarlı, 21:14-öz qapısına. Əsgər Alışanov, 38:19.
Hakimlər: Əli Cəbrayılov, Ceyhun Hüseynov, Hacıəli Ağayev.
Hakim-inspektor: Mehman Mahmudov.
Bakı İdman Sarayı. Saat 21:30.

Azərbaycan Kubokunda yarımfinal oyunları aprelin 21-də keçiriləcək. Finala gedən yolda “Baku Fire” “Neftçi” İK ilə, “Araz-Naxçıvan” isə PFL ilə üz-üzə gələcək.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla