AZ

Vaxtında taksilər öz həmkarlar komitəsini yaratsaydılar... - İqtisadçıdan qınaq dolu açıqlama

"Taksi xidməti ilə məşğul olanları illərdir publik olaraq məndən çox müdafiə edən olmayıb, axtarış versəniz yüzlərlə link taparsız. Real həyatda isə hansı sürücü ilə söhbət etsəm, həmişə deyirdim ki, sayınız 40-50 mindən çoxdur, yığışın, həmkarlar komitəsi yaradın".

Musavat.com xəbər verir ki, bu fikirləri iqtisadçı Natiq Cəfərli deyib.  

"Misal üçün, Türkiyədə "taksiçilər odası" ciddi təşkilatdır. Etmədilər, hər biri öz problemini özü həll etməyə çalışır, nəticə də ortada - sərtləşmə (ciddi bahalaşma) davam edir"-deyə ekspert əlavə edib.

O ki, qaldı taksinin rənginə, N.Cəfərli qeyd edib ki, bunun "Türkmənistanlaşma" ilə əlaqəsi yoxdur: "Məsələn, Romada yalnız ağ rəngli maşınlar taksi xidməti göstərə bilər. Sadəcə, hökumət Qərbi söyə-söyə ordan özlərinə nə sərf edirsə həmən götürüb tədbiq edir - parkinq məsələsində də eyni davranırlar, amma, nədənsə camaata sərf edəcək addımlara gələn kimi deyirlər ki, qələt edir Qərb, bizim öz yolumuz var".

 

Musavat.com

phrase_var_article.chosen
52
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close